Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur? |
Müəllif: L-e-y-l-a | Bölmə: Sual-Cavab | Vaxt: 17-12-2015, 00:22 | Şərh sayı: (0) | Baxılıb: 258
Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?
Sual 1: Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?
Cavab: Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən öz başına buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. «Ali-imran» surəsinin 178-ci ayəsində buyurulur: «Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz onlara möhlət verimişik ki, günahlarını daha da artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır».
Bəzi ayələrdən məlum olur ki, bəzən Allah zalım və günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevirilir. «Ənam» surəsinin 44-cü ayəsində oxuyuruq: «Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq. Bununla da, onlar hədsiz narahatlığa düçar oldular».
Təsəvvür edin ki, bir zalım, kövrək budaqları qıra-qıra üzüyuxarı, dayanmadan ağaca dırmaşır. Yuxarı qalxdıqca, daha da şad olur. Anlamır ki, nə qədər yuxarıdan yıxılsa, bir o qədər də çox əziləcəkdir. Qəfil tufan qopur və bir an əvvəl şadlıqdan oynayan sümüklər yerə qaxılıb, xıncım-xıncım olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər