Müstəzəf (zəifliyiə düçar edilmiş) |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-01-2016, 10:41 | Şərh sayı: (0) | Baxılıb: 360
Müstəzəf (zəifliyiə düçar edilmiş)
Müstəzəflərin fəziləti
3748. Allahın Peyğəmbəri (s): «Sizi Allahın ən pis bəndələrindən xəbərdar etməyimmi? Təkəbbürlü, kobud. Sizi Allahın ən yaxşı bəndəsindən agah edimmi? Aciz müstəzəf.»
3749. Allahın Peyğəmbəri (s): «Məni zəiflər arasında axtarın. Çünki siz zəif insanların vasitəsilə ruzi yeyir və kömək olunursunuz.»
3750. Allahın Peyğəmbəri (s): «Əslində, Allah-taala bu ümmətə, onun zəiflərinin duası, namazı və ixlası vasitəsilə kömək edir.»
1154. Müstəzəflərin dövləti
Quran:
«İstədik yer üzündə zəif saxlanılanlara yaxşılıq edib, onları insanların rəhbərləri təyin edək və yer üzünün varisləri qərar verək.»
3751. İmam Əli (ə) (İstədik yer üzündə zəif saxlanılanlara...» ayəsi barədə): «Onlar Məhəmməd nəslinin müstəzəfləridir. Allah-taala göstərdikləri səylərdən sonra onların Mehdilərini göndərəcək və onları əziz, düşmənlərini zəlil edəcək.»
1155. Mənəvi zəiflik
Quran:
«Yalnız çarəsiz qalıb bir yol tapa bilməyən müstəzəf kişilər, qadınlar və uşaqlardan başqa. Ola bilsin Allah onları bağışladı. Allah mehriban və bağışlayandır»
3752. İmam Əli (ə): «Allahın höccəti və dəlili ona çatan, qulağı ilə onu eşidən və qəlbi ilə onu başa düşən şəxsə müstəzəf deyilməz.»
3753. İmam Baqir (ə) («Yalnız çarəsiz qalıb, bir yol tapa bilməyən müstəzəf kişilər, qadınlar və uşaqlardan başqa» ayəsi barədə): «Müstəzəf, kafir olmaq gücündə olmayan, eyni halda, mömin olmaq üçün iman yolunu tapa bilməyəndir. Uşaqların, əqli və fikirləri uşaq səviyyəsində olan kişi və qadınların üzərindən şəriət vəzifələri götürülmüşdür. (yəni, onlar şəriət hökmləri qarşısında cavabdeh deyillər)»
3754. İmam Kazım (ə): «Zəif, dəlil və sübutların yetişmədiyi (müxtəlif fikirlərdəki) ixtilafı ayırd etməyən şəxsdir. Əgər (fərdlərin fikirlərdəki) ixtilaflardan agah olarsa, müstəzəf deyil.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər