RSS
 

Login:
Şifrə:
» » Zinakar haqqında hədislər

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Zinakar haqqında hədislər

 
Müəllif: Admin | Bölmə: Hədislər | Vaxt: 25-09-2015, 15:14 | Şərh sayı: (0) | Baxılıb: 3350

Zinakar haqqında hədislər


Zinakar haqqında hədislər


Merac xəbərlərində qeyd olunan hədislərdən birində yazılmışdır ki, Peyğəmbər (s) buyurur:

"Meraca getdiyim gecə bir dəstə adamların bədənlərinin alovlu daraqlarla darandığını müşahidə edəndə Cəbrayıldan (ə) soruşdum: "Bunlar kimlərdir və hansı günaha mürtəkib olmuşlar?”

Cəbrayıl (ə) dedi: "Bunlar haram yolla gedənlər– naməhrəm qadınlarla zina edənlərdir.”

* * * * *

Başqa bir hədisdə Peyğəmbərin (s) vəfatından öncə söylədiyi xütbəsi qeyd olunmuşdur:

"Allah-təala yəhudi, məsihi və ya müsəlman qadınla zina edən şəxs üçün cəhənnəm qapılarından üç yüz altmışını açar. Bu qapıların hər birindən çıxan ilanlar, əqrəblər və alov şölələri zinakar şəxsi qiyamət gününə qədər yandırıb yaxar. Qiyamət günündə camaat onun övrətinin kəskin iyindən əzab çəkərlər. Beləliklə də onlar hamının yanında rüsvay olarlar.

* * * * *

Həzrət Əli (ə) buyurmuşdur:

"Qimayət qopan zaman Allah-təalanın əmrilə külək əsməyə başlayacaq. Camaat küləyin gətirdiyi çox pis iyi hiss edəcəklər. Məhşər ayağına yığılanlar həmin üfunət iyindən əziyyət çəkəcəklər.

Həmin vaxt Allah carçısı fəryad çəkib soruşacaq: "Ay camaat! Sizi narahat edən bu üfunət iyinin haradan gəldiyini bilən varmı?

Camaat deyəcək: "Bu tövbəsiz dünyadan gedən zinakarların övrətlərinin iyidir.

Sonra camaata deyəcəklər:

"Ey qiyamət əhli! Allah-təala onları (zinakarları) lənətlədiyi kimi, siz də onları lənətləyin.

Qiyamət əhli deyəcək: Allah, zinakarlara lənət etsin.

* * * * *

Həzrət Əli (ə) buyurur:

"Qiyamət günü Allahın əmrilə zinakar qəbirdən qalxanda dili lal, qulağı kar və gözü kor olacaqdır.”

* * * * *

Həzrət Yaqub (ə) bu barədə oğlu Yusifə buyurmuşdur: "Ey oğul! Məbada sənə halal olmayan qadınla zina edəsən. Çünki bir quş belə zina etsə bədəninin tükü tökülər.

* * * * *

Peyğəmbəri-əkrəm (s) (şəhvət hissi ilə) naməhrəm qadınlarla əl tutub görüşmək barədə buyurmuşdur:

"Əgər bir şəxs (şəhvət hissi ilə) naməhrəm qadınla əl tutub görüşsə, qiyamət günü Allahın əmrilə qəbirdən qalxanda əl-ayağı zəncirlənmiş olacaq. Həmin şəxsi şeytanla birlikdə zəncirləyib, hər ikisini cəhənnəm oduna atacaqlar.”

* * * * *

Şəhvət üzündən naməhrəm qadınlarla söhbət etmək barədə buyurmuşdur:

"Naməhrəm qadınlarla (şəhvətlə) söhbət edən şəxsi, danışdığı hər bir kəlməsinin əvəzində min il cəhənnəm odunda həbs edəcəklər.

* * * * *

Həmçinin başqa bir hədisdə naməhrəm qadınlara baxmaq haqqında buyurur:

"Naməhrəm qadınlara baxmaqdan doymayan şəxsin gözlərinə qiyamət günü dəmir mismarlar vuracaqlar. Həmin şəxs Allah-təala başqalarının əməl dəftərinə baxana qədər bu vəziyyətdə qalacaq. Sonra Allahın əmrilə onu üzüqoylu cəhənnəm oduna atacaqlar.

* * * * *

Saçlarını naməhrəmdən örtməyən və bu yolla kişiləri fəsada sürükləyən qadınlar haqqında buyurur:

"Cəbrayılla (ə) birgə meraca getdiyim gecə saçlarından asılmış bir qadın gördüm ki, beyni qaynayırdı. Cəbrayıldan (ə) onun hansı günah sahibi olduğunu soruşanda belə cavab verdi:

"Bu saçlarını (və açıq-saçıq bədənini) naməhrəmdən qorumayan qadınlardan biridir. O bu işi ilə bir çoxlarını günaha sürükləmişdir.

ZİNAKARIN CƏSƏDİNİ QƏBİR DƏ GÖTÜRMÜR



Belə nəql olunur ki, İmam Sadiqin (ə) dövründə zinakar bir qadın varmış. Bu qadın zina yolu ilə hamilə qalar, qohum-qardaşın onun bu çirkin əməlindən xəbər tutmaması üçün dünyaya gətirdiyi uşaqları alova atıb yandırarmış.

Yaxınlarından ancaq anası onun bu işini bilirdi. Bu qadın öləndə dəfn etmək üçün onun cənazəsini qəbristanlığa apardılar. Cənazəni qəbirə qoyanda torpaq onu geri atdı. Başqa bir qəbir qazıb qadının cənazəsini ora qoydular. Sonra üstünü torpaqla basdırdılar. Bu dəfə də qəbir yarıldı və cənazə bayıra atıldı.

O qadının yaxınlarından bir neçə nəfər İmam Sadiqin (ə) yanına gəlib baş verənləri ona nəql etdilər. İmam Sadiq (ə) buyurdu: "Ölənin anasına xəbər verin gəlsin.” Bir az keçməmiş ölən qadının anası gəldi. İmam (ə) üzünü ona tutub dedi:

"Sənin qızın sağlığında hansı günaha mürtəkib olmuşdur?”

Qızın anası—mənim qızım zina ilə məşğul olar və başqaları onun bu pis əməlindən xəbərdar olmasın deyə, zinadan doğulan uşaqları yandırardı– deyə ona cavab verdi.

İmam Sadiq (ə) buyurdu: "Torpaq bu qadının cənazəsini götürməyəcək. Çünki bu qadın Allah bəndələrini (uşaqları) Allaha xas olan əzabla (alovda yandırmaqla) cəzalandırıb.

ZİNANIN İYRƏNC AQİBƏTİ

Rəhmətlik Ayətullah Mirzə Çehelsütuninin oğlu Mirzə Məhəmmədəli Ağa belə nəql edirdi:

"Xeyratxan mədrəsəsi yerləşən küçənin dalanında silah dükanı olan bir şəxs var idi. Onun baş və boyun hissəsində çox böyük şiş peyda olmuşdu.

Bir gün mən Şeyxlə birgə Noxudək kəndinə gedirdik. Həmin dükan sahibi də biz şəhərdən çıxdığımız vaxtdan arxamızca gəlirdi. O, bu cümləni yalvarışlı tərzdə elə hey təkrar edirdi:

"Ey Şeyx, ya mənə şəfa verin, ya da öldürün.” Elə ki, yolun yarısına çatdıq Şeyx geri çönüb həmin adamın qulağına tərəf əyilib nə isə pıçıldadı.

Həmin şəxs uca səslə dedi:

"Qəbuldur, söz verirəm!”

Şeyx buyurdu: "Bəs elə isə mən səni öldürəcəyəm.”

"Öldürün”– deyə dükan sahibi cavab verdi.

Şeyx atdan enib həmin adama bir qıraqda oturmağı tapşırdı. Sonra onun boyun dərisini bıçaqla azacıq kəsərək şişi sıxıb çıxartdı. Bıçağın enli hissəsiylə yaranın üstünü sığallamağa başladı. Yaranın yerindəki bütün çirklər axıb töküldü. Sonra yaranın üstünə öz tüpürcəyi ilə sığal çəkdi.

Şeyx üzünü dükan sahibinə tutub dedi:

"Yaranın üstünü dəsmalla bağla, çıx get.”

Bir neçə gündən sonra yaranın yeri tamamilə sağalmışdı.

Bu əhvalatdan artıq neçə il keçmişdi. Şeyx Həsənəli İsfahani rəhmətə gedəndən sonra bir dəfə həmin dükan sahibi ilə rastlaşdım. Mən həmin adamdan neçə il bundan əvvəl Şeyxin onun qulağına nə dediyini və dükan sahiibnin də "söz verirəm” deyə cavab verməsini soruşanda, dedi:

"Mən ərli qadınlarla zina edirdim. Elə buna görə də Şeyx mənə dedi:

–Əgər bu əməlindən əl çəkəcəyinə söz versən, səni sağaldacağam. Amma yenə bu günaha mürtəkib olsan, sən yenidən xəstəliyə tutulacaq və elə bu xəstəlikdən də öləcəksən.

Şeyx məni sağaldandan bir neçə il sonra şeytan yenə də məni vəsvəsə edib yoldan çıxardı. İndi çox yaxşı bilirəm ki, elə bu xəstəliklə də öləcəyəm.”

Çox keçmədi dükan sahibi (ərli qadınlarla zina etdiyinə görə) həmin xəstəlikdən öldü.

QURAN AYƏLƏRİ

Allah-təala Qur`anda zinanın çirkin bir əməl olması və zinakarların cəzası haqqında buyurmuşdur:

"Heç vaxt zina etməyin. Çünki bu çox çirkin bir əməldir.”

* * * * *

Başqa bir ayədə özlərini zinadan qoruyan kişilər barədə buyurur:

"Ya Rəsulum! Mö`min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər. (naməhrəmə baxmasınlar), ayıb yerlərini zinadan qorusunlar (və ya örtülü saxlasınlar.) Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından), daha yaxşıdır.”

* * * * *

Bu ayənin ardınca mö`min qadınlara da özlərini zinadan qorumaq haqqında buyurur:

"Mö`min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü) saxlasınlar.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor