RSS
 

Login:
Şifrə:
» » Ailədə qadın kişi davranışlarl necə olmalıdır?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ailədə qadın kişi davranışlarl necə olmalıdır?

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 28-12-2015, 07:14 | Şərh sayı: (0) | Baxılıb: 1236

Ailədə qadın kişi davranışlarl necə olmalıdır?


Ailədə qadın kişi davranışlarl necə olmalıdır?


Bağışlayan və Mehriban Allahın adı ilə


Gözəl və doğru insan tərbiyəsi üçün ailə mühüm məktəblərdən biri sayılır. Ailə mühitində ər-arvad bir çox insani fəzilətlərə nail ola bilər. Bunun nəticəsində bir çox günahları özlərindən uzaq edərlər. Qurani-Kərim ailə qurmağı kişi və qadınlar arasında asayiş, məhəbbət və mehribanlıq mənbəyi olmaqla yanaşı, Allah-taalanın möcüzə və nişanələrindən biri hesab edir və «Rum» surəsinin 21-ci ayəsində buyurur:

«Allah-taalanın (c.c.) nişanələrindən biri də budur ki, sizlərə özünüzdən həyat yoldaşı yaratdı ki, onların yanında rahat olasınız və sizin aranızda məhəbbətlə mehribanlıq yaratdı. Bu mühüm məsələ (ər-arvad arasında mehribanlıq həmdəmlik və ünsiyyətin olmasıdır ki, həqiqətdə həyatın möhkəm dirəyi sayılıb asayiş və rahatlıq mənbəyidir) təfəkkür və düşüncə əhli üçün Allah-taala hikmətindən bir nişanədir»


Mehribanlığın ailə həyatında rolu

Ailə məsuliyyətlərini yerinə yetirmək güzəşt, geniş ürək, siyasət, ağıl, səbr, bağışlamaq və elm tələb edir. Evin böyüklüyü ailəni qorumaq və ondan muğayat olmaqdır. Necə ki, «Bir millətin və ya bir cəmiyyətin başçısı onun xidmətçisidir» demişlər.
Nəsihətin müsbət təsir bağışlamasında mehribanlıq, məhəbbət və mülayimliyin rolu böyükdür. Qurani-Kərim Loğman barəsində buyurur:
«Loğman oğluna nəsihət edərkən belə dedi: Ey mənim əziz oğlum, Allah-taalaya şərik qoşma. Çünki şəksiz şirk böyük günahdır?» (Loğman surəsi, ayə 13)
Bu ayədə Loğmanın nəsihət etdiyi vaxt mehribanlıq və məhəbbətlə danışdığının və oğlunu mülayimliklə nəsihət etdiyinin şahidi oluruq. Sonra isə dediklərini dəlil ilə əsaslandırır. Çünki kobudluq və tündlük nəsihətin təsir imkanını aradan aparmaqla bərabər ədəbsizlik nümunəsidir.
Ailəyə nəsihət etmək üçün Əhli-beytin (ə) hədislərindən, xüsusilə baş vermiş hadisə və məsələ ilə nəsihət etmək daha münasib və daha səmərəli olar. Məsələn moizə zamanı həmin məsələyə işarə edərək İmamlarımızdan gəlib çatan hədisi belə zikr edəsiniz. Hədislərdə deyilibdir ki, «Qadın əri qarşısında uzundillik edərsə, qiyamət günü onun dili o qədər uzanacaq ki, bütün məhşər əhli onu tapdalayacaqlar.»
Əlbəttə, nəsihət zamanı bu hədislərin bəyanının son dərəcə mülayim və məhəbbətdə olmasını unutmamalıyıq. Çalışmaq lazımdır ki, heç vaxt kobudluq və bəd xasiyyətlə nəsihət olunmasın. Əks halda nəsihət lazım olan təsiri göstərməməklə yanaşı, mənfi və pis təsirini bağışlayacaqdır.

Qarşılıqlı güzəşt və xətaları örtmək.

Ər-arvadın ailədə möhtac olduqları 2 mühüm xüsusiyyət qarşılıqlı güzəşt və xətaları örtməkdir.
Qurani Kərimin «Nur» surəsinin 22-ci ayəsində bu barədə belə buyurulur: «İman əhli gərək güzəşt etsinlər və başqalarının günahlarını üzə vurmasınlar. Məgər istəmirsiniz ki, Allah-taala (c.c.) sizin günahlarınızdan keçsin?! Əlbəttə Allah-taala (c.c.) daha çox bağışlayan və mehribandır»
İnsan ailə və cəmiyyətdəki kiçik səhvləri görməməzliyə vurub güzəştə getsə, belə bir hərəkətin o mühitdə müsbət təsiri vardır. Və o, öz ardınca səfa-səmimiyyət gətirəcəkdir. Ən başlıcası budur ki, belə bir hərəkət qiyamət günündə Allah-taalanın (c.c.) insanın xəta və pisliklərinə göz yumaraq onu bağışlamasına səbəb olar. Əhv və güzəştin olması ailə mühitini hərarətli saxlayaraq günahların bağışlanmasına səbəb olacaqdır. Bəs hər vaxt bir-birinizin səhv və xətası ilə qarşılaşsanız, güzəşt, mehribanlıq və əhv şölələrini qəlblərinizdə alovlandırıb, isti ailə ocağınızda bir-birinizi bağışlayaraq əhv və rəhmət gölgəsində
başdan-başa məhəbbət və şövqlə dolu, xoş və mənəviyyatlı bir həyat keçirəsiniz.
Kişinin müxtəlif növ ixtilaf və çətinliklərin əmələ gəlməsində təsiri olmasa belə, yoldaşı ilə pis və tündlüklə rəftar etməyə haqqı yoxdur. Ər və arvadın isti ailə ocağını, uşaqların ilk təlim-tərbiyə məktəbini soyutmağa haqları yoxdur.
İslam tarixində belə bir rəvayət olunur ki, Allah rəsulunun səhabələrindən biri dünyadan köçdüyü zaman həzrət onun dəfn mərasimində iştirak edir və mübarək əli ilə onu torpağa tapşırarkən, ölənin anası üzünü qəbrə sarı tutub deyir: «Sənin üçün ağlamıram, axı nə üçün ağlayım? Bir halda ki, Peyğəmbər (s)-in əli ilə torpağa tapşırıldın, mütləq xoşbəxtsən.» Anası qəbrin üstündən çəkilən zaman Peyğəmbər (s) üzünü səhabələrə tutub buyurur: «Elə bu saat qəbir onu elə sıxdı ki, sinəsinin sümükləri sınıq-sınıq oldu» Sahəbələr soruşdular: «Ya Peyğəmbər (s), o, ki, yaxşı adam idi!»
Həzrət buyurdu: «Bəli, amma evdəki rəftarı pis idi.»
Əgər insan əsəblərini cilovlayıb qəzəbini boğarsa, həm ailə çətinlikləri öz həllini tapar, həm də ilk qəbir gecəsi rahat olar və Allah-taala (c.c.) Qiyamət günü onu bağışlayar.

Ləyaqətli qadının digər gözəl xüsusiyyətləri.

Ləyaqətli qadının digər gözəl və təqdirəlayiq sifətlərindən biri budur ki, öz ərini müdafiə etsin.
Birincisi: Qohum-əqrəba və ya tanışlardan bəzisinin, qadının ərinə qarşı onun ardınca xoşagəlməz sözlər danışarsa, qadın tam cəsarət, cürət və ədəblə öz ərinin tərəfini saxlamalıdır.
İkincisi: Ailənin maddi vəziyyəti istər aşağı, istərsə də yuxarı həddə olduqda, başqa sözlə desək, ailənin pullu və pulsuz olması, qadının rəftar və münasibətində dəyişiklik yaratmamalıdır. Əksinə, kasıblıq zamanı və maddi çətinliklərlə qarşılaşarkən, ərinə qarşı daha artıq məhəbbət və mehribanlıq göstərməlidir. Əsla səbirsizlik edib, öz qüdrət və dözümünü əldən verməməlidir.
Üçüncüsü: Süstlük, zəiflik, yaxud kiçik bir səhv müşahidə etdikdə, heç vaxt onu özgəsinə açıb söyləməməli, evin çatışmazlıqlarını başqalarına bildirməməlidir.
Qurani-Məcid bu barədə belə yol göstərir:
Ümumiyyətlə Quran bu nəzərə malikdir ki, insan gərək başqalarının eyblərini örtməklə yanaşı, eyni zamanda bilməlidir ki, özü başdan-ayağa eyb, nöqsan. Günah və üsyankarlıqdadır. Əgər eybləri örtən Allah-taala (c.c.) onun eyblərini camaatın gözündən gizlətməsəydi. Hər yerdə rüsvay olardı.
Bu böyük nemət müqabilində şükr edərək gözlərimizi başqalarının nöqsan və çatışmazlıqlarından örtərək, eyblərini görməməliyik. Bu məsələdə hamıdan çox qadın çalışmalı və bilməlidir ki, pullu və pulsuz olmağın hər ikisi insan üçün bir imtahandır.
Qadın pulsuzluğa görə heç vaxt ərini təhqir etməməli və yaşayışda yoxsulluq ilə üzləşdikdə öz ərini digər tanışları, qohumları ilə müqayisə etmək fikrinə düşməməlidir ki, bu surətdə ailənin şirin yaşayışı acı zəhərə çevrilər.
Hədislərdə deyilir ki, Əli (ə) hər vaxt xanım Fatimə (s.a)-nın zahirdə kiçik və yoxsul evinə daxil olsaydı, rahatlıq hiss edər və təskinlik tapardı.

Hüquq və məhəbbət

Kişi və qadın, ər-arvad münasibətlərindən əlavə bir-birinə ürək yandıran dosta çevrilməlidirlər. Əgər aralarında dostluq, rəfaqət olmazsa, iş çətinləşər. Ümumiyyətlə, hər hansı bir yerdə, xüsusən ev mühitində əgər təkcə qanun hökm edərsə, lazımlı nəticə hasil olmayacaqdır. Necə ki, təkcə məhəbbətin hakim olması nəticə vermir: qanun, məhəbbət və səfa səmimiyyətlə birlikdə olmalıdır.
«Həqiqətən Allah-taala (c.c.) (camaatı) ədalət və ehsana əmr edir.» Qadın və kişi İslam qanunlarına riayət etməyə vəzifəli olduqları kimi bir-birinə qarşı ürəkyanan və dost sözünün əsl mənasında olmalıdırlar.
Bir gün Həzrəti Peyğəmbər (s) Əli (ə)-ın mənzilinə gəldikdə, onu mərci təmizləyən halda görür və bu işdən çox xoşhal olub, buyurur: «Ya Əli, ev işlərində arvadına kömək edən hər kəsə, həcci-umrənin savabı nəsib olar»

Qadının cihadı

Bir gün bir qadın Peyğəmbər (s)-in hüzuruna gəlib dedi: İndidən qiyamətə kimi yer üzünə gələcək bütün qadınlar tərəfindən sizə bir sualım vardır: Nə üçün siz qadın və kişi arasında fərq qoymursunuz?! Kişilər üçün bir sıra əməl və savablar buyurmuşsunuz ki, qadınlar o savablardan məhrumdurlar. Misal üçün Allah-taala (c.c.) yolunda cihad etmək.
Allah-taalanın (c.c.) rəsulu buyurdu: «Qadının cihadı öz əri üçün yaxşı arvad olmaqdır». Məhz buna görə də qadın evdə mümkün olan qədər, ən ali tərzdə təmizliyə, yemək hazırlamağa, uşaqların tərbiyəsinə və həyat yoldaşına yaxşı qulluq etməyə məşğul olmalıdır ki, həmişə Allah-taala (c.c.) yolunda cəbhənin ön cərgəsində cihad etmiş olsun.

Qadın və kişi hüququ

Kişinin qadın üzərindəki haqqı təkcə ər-arvad münasibətlərilə bitmir. Bişirmək, yumaq və s. kimi cammat arasında məlum olan vəzifələr kişilərin haqqı deyil, qadınların əxlaqi vəzifələrindəndir. Buna misal olaraq İslam Peyğəmbər (s)-i qızının izdivacının ilk günü təbrik demək üçün Həzrəti Zəhra (s.a.)-nın mənzilinə gedərək, ev işlərinin o iki böyük şəxsiyyətin arasında böyüşdürməsini qeyd etmək olar.
Həzrət Peyğəmbər (s) o zaman Zəhraya belə buyurdu:
«Zəhra can, evin daxili işləri: çörək bişirmək, arpa-buğda üyütmək, evi təmizləmək, uşaq saxlamaq və s. bu kimi işlər sənin, odun və su gətirib ev ləvazimatını, eləcə də mənzildə ehtiyac duyulan məişət əşyaları tədarük görmək və s. Əlinin öhdəsindədir.»
Sonra həzrəti Fatimeyi-Zəhra (s.a.) bütün mömin qadınları nümunə sayılacaq aşağıdakı cümləni söylədi:
«İşlərin bu cür bölünməsindən necə xoşhal olduğumu Allah-taaladan (c.c.) başqa heç kəs bilmir.»
Kişinin hüququ
Peyğəmbər (s) kişinin qadın üzərindəki hüququnu o həzrətdən sual etmiş bir qadına cavab olaraq belə buyurmuşdur:
1.Kişi hər zaman hər növ ləzzət və bəhrə aparmaq haqqına malikdir.
2.Kişinin icazəsi olmadan qadın onun malından istifadə edə bilməz
3.Qadın çalışmalıdır ki, kişinin narahat etməsin, əgər onu incitsə, kölnünü almasa yatmamalıdır.
Bu zaman o qadın Allah Rəsulundan soruşdu: «Bəs kişi zalım olsa necə? Yenə də bu hüquqlara malikdir?»
Həzrət buyurdu: «Bəli, hər halda qadın öz əri müqabilində təvazökarlıq etməlidir və küsmək haqqı yoxdur.»

Qadınlar kişilərin əmanətdarıdır
Ləyaqətli qadınlar ərlərindən ayrılıqda belə onların hüquqlarını, habelə Allah-taalanın (c.c.) qorunmasını əmr etdiyi haqları qorumalıdırlar. Yəni istər evdə, istərsə də sair yerlərdə öz iffətlərini qorumalıdırlar. Əgər bir qadın iffətini qorumazsa, öz ərinə xəyanət etmişdir. Çünki, qadının iffəti kişinin haqqıdır. Özlərini başqalarına nümayiş etdirib göstərən qadınlar xəyanətkardırlar. Çünki qadın iffətsizliyi təkcə əxlaqsız əməllər etməklə deyildir. Hicaba riayət etməkdə süstlük edən qadınlar naməhrəmlərin nəzərini özlərinə cəlb edərək pozğunçuluq törədirlər.
Qadının iffəti kişiyə bağlıdır. Amma qadının ixtiyarındadır. Həqiqətdə qadınlar öz ərlərinin əmanətçisi sayılır və bu əmanəti saxlamaqda var qüvvəsilə çalışmalıdırlar.
Qadının öz iffətini qorumasından əlavə, təvazökar, ərinin qarşısında həyalı və başıaşağı olması da lazımdır. Hər bir itaətkarın öz əmr edəni qarşısında təvazökar və başıaşağı olması kimi. Əgər bir qadın dili uzun, günahkar və ailə mühitinin soyuqluğuna səbəb ola biləcək işlər görsə, bir növ özbaşınalığa əl atmışdır. Kişinin özbaşınalığı bəyənilməz olduğu kimi, qadın özbaşınalığı kişininkindən daha da pisdir.
Əgər kişi evdə əxlaqsızlıq edərsə və öz yersiz, hədsiz tələblərini ailə üzvlərinə zorla qəbul etdirərsə, zorakı və zalımdır. Çox çəkməz ki, bu dünyada İslam qanunları vasitəsilə ədəblənməzsə, qəbir əzabı da onun yolunu gözləyər.
Rəvayətlərdə vardır ki, həzrəti İsa (ə) Allah-taalanın izni ilə ölmüş bir cavanı dəfnindən neçə an ötdükdən sonra dirildir. Ölmüş cavan dirildikdə qocalmış, tam əldən düşmüş, solğun və qəmli görünür.
Bu zaman ondan soruşurlar: Neçə vaxtdır ölmüsən? Deyir: On min ildən artıqdır (Halbuki ölümündən bir neçə dəqiqədən artıq keçməmişdi.)
Yenə də soruşurlar: Qəbir aləmindən nə deyə bilərsən?
Deyir: Elə ki, qəbrin üstünü örtdülər, Allah-taala məmurları sual-cavab üçün yanıma gəldilər. Suallarına cavab verə bilmədikdə mənə elə bir taziyanə vurdular ki, qəbrimi od bürüdü. İndi neçə min illər idi ki, bu taziyanənin odunda yanmaqdayam.
Başqa bir hədisdə deyilir ki, həzrəti İsa (ə) bir qoca kişinin ölümündən uzun illər ötdükdən və qəbrindən bir əsər-əlamət qalmadıqdan sonra, Allah-taalanın iznilə onu dirildir. Qoca dirildiyi vaxt çox şad və xoşhal görünür. Ona sual verirlər ki, neçə vaxtdır ölmüsən?
Deyir: bir neçə dəqiqə olar. Qəbir aləmindən soruşduqda «Qəbrimin üstünü örtən kimi qarşımda başdan-başa yaşıl və geniş bir bağ göründü ki, yubanmadan ora tələsdim və məni orada hurilər qarşıladı» söylədi.

Evlənmək peyğəmbər (s)-in şəfaətidir

Müqəddəs islam şəriəti evlənməyə yüksək diqqət yetirərək onu bütün müsəlmanlar üçün təkid etmişdir. Belə ki, əziz İslam Peyğəmbər (s)-i buyurur: «Allah-taala (c.c.) yanında evlənməkdən daha sevimli, bəyənilən bir şey yoxdur.»
Əli (ə) buyurur:
«Evlənin, çünki evlənmək Allah Rəsulunun sünnətidir ki, həmişə buyururdu: hər kəs mənim sünnətimə tabe olmaq istəyirsə (onu da bilməlidir ki, ) mənim sünnətimdən biri də evlənməkdir»
İslam oğlan və qızlara daha tez evlənmələrini əmr edərək bu mühüm məsələyə o qədər təkid edir ki, hətta əziz peyğəmbərimiz evlənməməyi öz sünnətindən üz döndərmək kimi qiymətləndirmişdir. «Evlənmək» söhbəti olan ev ən yaxşı ev kimi tanınmışdır.

Kasıblıq evlənməyə maneə olmamalıdır

İslam valideynləri, habelə onların simasında bütün insanları öz qız və oğlanlarını evləndirməyə sövq edir:
«Ərsiz qadınları, kənizləri, subay kişiləri və öz layiqli qullarınızı (möminlər arasında, arvadsız kişi, ərsiz qadın qalmasın deyə) bir-biri ilə evləndirin. Əgər arvad və ya kişi kasıb olarsa, Allah-taala (c.c.) öz məhəbbəti ilə onları ehtiyacsız edəcəkdir. Allah-taala (c.c.) hamıdan agahdır və onun rəhməti böyük və tükənməzdir.»



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor