19 ədədi möcüzəlidirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 26-11-2015, 20:28 | Şərh sayı: (0) | Baxılıb: 401
19 ədədi möcüzəlidirmi?
Qurani-kərimin “Müddəssir” surəsində buyurulur: “Biz onu Səqərə atacağıq. Sən nə bilirsən ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! İnsanı yandırıb-yaxar! Onun üstündə on doqquz vardır” (Müddəssir, 26-30). Bu ayələrdə 19 ədədinin nəyə işarə olması barədə təfsirçilər fikir ayrılığına düşmüşlər. Geniş yayılmış nəzəriyyəyə görə burada cəhənnəmdəki 19 gözətçi mələkdən söhbət gedir. Bəzi alimlər bu ayələrdən ilham alaraq, Quranda bəzi hərf və kəlmələrin təkrar olunma sayının guya 19 ədədinə və onun misillərinə tabe olduğunu iddia etmiş və hətta bu barədə kitablar yazmışlar. Həmin hesabatların bəzisi həqiqətə uyğun olsa da, bəzi yanlışlıqlar da mövcuddur. İnsanlara müjdə verən və əbədi səadətə səsləyən Qurani-kərim kimi müqəddəs bir kitabı cəhənnəm gözətçilərinin sayı olan ədədə tabe etmək düzgün yanaşma deyil. Qeyd edək ki, 19 ədədi İslam daxilində yaradılmış qondarma babi və bəhai dinlərində müqəddəs sayılır. Babilər və onların varisi olan bəhailər hər biri 19 gündən ibarət olan 19 aylıq təqvim işlədirlər. Onların orucu 19 gündür. Kişi qadına talaq verdikdən sonra 19 dəfə onun yanına qayıdıb barışa bilər. Onların dinində kəffarə (cərimə) 19 misqal qızıldan ibarətdir və s. və i.a.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər