Vahid Mustafayevin biznesi çökür – Kütləvi ixtisarlar başlayıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 11:26 | Şərh sayı: (0) | Baxılıb: 284
Vahid Mustafayevin biznesi çökür – Kütləvi ixtisarlar başlayıb
ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev devalvasiya ilə bağlı rəhbəri olduğu qurumlarda ciddi ixtisarlara başlayıb.
AzNews.az-a daxil olan məlumata görə, V.Mustafayev “Bakı film” kinostudiyasından və “Yaradan” prodakşndan 26 nəfəri işdən çıxarıb. Bəziləri isə öz hesablarına məzuniyyət götürüb.
İxtisarlar eyni zamanda ANS televiziyasında da aparılır. Bəzi layihələr bağlanır, layihədə çalışan əməkdaşlar isə TV-dən uzaqlaşdırılır. Məlumdur ki, artıq bir neçə tanınmış sima – şoumen Kamran Həsənli və telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri olmuş Afət Rahilqızı TV-ni tərk edib. Səbəb kimi isə, şirkətdə yaranmış maliyyə çətinliklərinin olduğu deyilir.
Bundan əlavə Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinin ANS-ə keçmiş komandasının üzvləri də artıq TV-dən ayrılıblar. Onlardan bəziləri yenidən ATV-yə qayıdıb.
Məlumata görə böhranla bağlı ixtisarlar Vahid Mustafayevin şəxsi biznesində də özünü göstərir. Onun bəzi obyektlərinin bağlanma təhlükəsinin olduğu bildirilir. Məsələn, qeyd olunur ki, V.Mustafayevə məxsus olduğu bildirilən məşhur “All Star” elektrik mağazasının işçilərinin yarısı işdən azad olunub. Mağazanın yaxın vaxtlarda fəaliyyətinin tam dayanacağı gözlənilir.
Qeyd edək ki, manatın ikinci devalvasiyasından sonra Vahid Mustafayev ANS-də “Nəzər Nöqtəsi” verilişində geniş müsahibə ilə çıxış etmişdi. O, devalvasiyanın insanların həyat tərzinə ciddi təsir etməyəcəyini, əksinə bu prosesin dövlətin xeyrinə işləyəcəyini bildirmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər