Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-01-2016, 11:37 | Şərh sayı: (0) | Baxılıb: 395
Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var?
Sual: Elm, ağıl ve təcrübə olan yerdə imama nə ehtiyac var?
Cavab: Bəziləri düşünürlər ki, elm ve texnika əsrində rəhbərə ehtiyac yoxdur. Onların nəzərincə, bəşəriyyət günbəgün müstəqilləşir və kamilləşir, onun qeybi yardımlara ehtiyacı azalır, ağıl və elm tədricən boşluqları doldurur. Əslində isə elm ve texnika əsri bəşəriyyət üçün daha böyük təhlükələr yaradır. Əsas təhlükə tamahkarlıq, məqampərəstlik, bir sözlə, nəfsə itaətdən doğur. Məgər elm ve texnikanın inkişafı insanlardakı təqva, haqpərəstlik, iffət meyllərini təmin edə bilirmi? Əslində isə tamam başqa cürdür. Bugünkü elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Nə üçün belə olub? Belə cavab vermək olar ki, elm, həqiqətən də, çıraq və işıqdır. Əsas məsələ isə bəşəriyyətin bu çıraqdan hansı yolda istifadə etməsidir. Öz məqsədinə çatmaq üçün elm və texnikadan yararlanan bəşəriyyətin məqsədi nədir? Əgər bəşəriyyət yanlış bir yol tutarsa, bu çıraq ona nə dərəcədə faydalı ola bilər? Elm insana doğru yol göstərməkdə acizdir. Bu dinin işidir. Elm insan və onun meyllərindən başqa hər şeyə hakim ola bilir. Vil Dorant texnika əsrinin insanı haqqında deyir: "Biz texnika baxımından güclənmiş, məqsəd baxımından isə yoxsullaşmışıq." Elm və texnika əsrinin insanı qəzəb və şəhvət baxımından qədim insanlardan fərqlənmir. Elm insanı azğın nəfsin istəklərindən xilas edə bilməmişdir! [1]
[1] Əliəsğər Rizvani,"Əsrin İmamı Mehdi (ə.f) ilə tanışlıq" kitabından
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər