Söz gəzdirmək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-11-2015, 23:05 | Şərh sayı: (0) | Baxılıb: 1307
Söz gəzdirmək
Sözgəzdirən - deyilən sözü yazılı və ya şifahi, açıq-aşkar və ya işarə ilə başqasına çatdıran kəsə deyilir. ("Əxlaq" Seyid Abdullah Şübbər, səh.
179)
Bu, ən pis sifətlərdən biridir və bu əməlin sahibi qəbirdə əzab çəkər. Hətta bəzi alimlər bu sifətə sahib olan insanın haramdan əmələ gəldiyinidə söyləmişlər.
Allah-Təala Qurani-Kərimdə buyurub:
هَمَّازٍ مَشَّاءٍ بِنَمِيمٍ
مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ
عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ
"(Və itaət etmə...) Qeybət edənə, söz gəzdirənə; Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana; Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya "("Qələm" sursəi, ayə 11-13)
Bu sifətə diqqət yetirən hər bir insan sözgəzdirənin ən bədbəxt və ən xəbis insan olduğunun şahidi olar.
Sözgəzdirməyin ən pis növü qətl edəcəyi, zərər və əziyyət verəcəyi ehtimal olunan zalım soltanlara, hakimlərə və başçılarına söyləməkdir.
Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyururb:
"Ey ümmətim, siz üç nəfərin qatili ilə mübarizə aparın! Həqiqətən də o, Allahın ən şər məxluqlarındandır. Dedilər: Ya Rəsulullah! Üç nəfərin qatili kimdir? Rəsulullah(s) buyurdu: Qardaşını padşaha təslim edən kəsdir. Bununla o həm özünü, həm də qardaşını və həm də padşahı məhv etmiş olur" ("Kənzul-Ummal" 8846-cı hədis)
Həmçinin, Rəsulullahdan (s) nəql edilir:
"Sözgəzdirən Cənnətə daxil olmaz" ("Əxlaq" Seyid Abdullah Şübbər)
"Qeybətdən və sözgəzdirməkdən çəkinin! Çünki qeybət düşmənçiliyə, sözgəzdirmək isə qəbir əzabına səbəb olur" ("ət-Tərğib" c.2, səh.497, "Biharul-Ənvar" c.77, səh.67)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər