Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 26-12-2015, 01:39 | Şərh sayı: (0) | Baxılıb: 300
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Sual : Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Cavab: Qurani-kərim«Nəml» surəsinin16-43-ca ayələrində Süleyman haqqında buyurur:
«Biz Davuda və Süleymana elm verdik...».
«Süleyman Davuda vərəsə oldu və dedi:«Ey insanlar bizə quş dili öyrədildi...».
«Süleyman insan,cin və quşlardan ibarət qoşun topladı...»
«Sonra Süleyman quşları yoxlayıb,dedi: «Hüd-hüdü niyə görmürəm?...».
«And olsun ki, aşkar bir dəlil gətirməsə,ona şiddətli əzab verərəm...».
«Hüd-hüd gəlib dedi:«Sənin bilmədiyin bir şey öyrəndim.Sənə Səbadan doğru xəbər gətirmişəm».
«Mən onlara padşahlıq edən bir qadın gördüm...».
«Mən onun və tayfasının Allahı qoyub,günəşə sitayiş etdiklərini gördüm...».
«(Süleyman dedi:) Mənim bu məktubumu apar, onlara at...»
«(Məktubun məzmunu) Mənə qarşı təkəbbür göstərməyin,yanışa müti olaraq gəlin...».
«(Səba padşahı Bəlqis dedi:) Mən onlara bir hədiyyə göndərəcəyəm...»
«Süleymanın yanına gəldikdə, o dedi: «Siz mənə var-dövlətləmi yardım edirsiniz?...».
«...hansınız Bəlqisin taxtını mənə gətirə bilər?».
«Kitabdan xəbəri olan birisi,
«mən onu sənə bir göz qırpımında gətirərəm»dedi».
«Süleyman ona (Bəlqisə) Allahdan başqasına ibadət etməyi qadağan etdi».
Maraqlıdır ki, Süleymanın macərasını ətraflı şəkildə bəyan edən Qurani-kərim, insanların diqqətini nəyə yönəltmək istəyir? Təfsirçilər uyğun macəradan aşağıdakı göstərişləri nəticə çıxarırlar:
1. Hökumət rəhbəri öz ətrafına o qədər diqqətli olmalıdır ki, hətta bir işçinin yoxluğundan xəbərdar olsun;
2. Bir nəfərin səhvə görə cəzalandırılmaması, başqalarınıda doğru yoldan azdırır. Rəhbər buna yol verməməlidir;
3. Cəzalandırılacaq şəxsə özünü müdafiə etmək üçün şərait yaradılmalıdır;
5. İstər rəhbər, istər adi fərd, dəlil və məntiqə tabe olmalıdır;
6. Cəmiyyətdə azadlıq elə bir səviyyəyə çatmalıdır ki, adi fərd hökumət başçısına sözünü deyə bilsin;
7. Kimsə öz biliyi ilə kifayətlənməməlidir;
8. Cəmiyyətdə idarəçiliyin mürəkkəbliyi və Süleyman kimi qüdrətli padşahın adi bir quşa möhtac ola bilməsi unudulmamalıdır;
9. Qadın öz zərif təbiəti ilə hökumət başçılığına qadir deyil;
10. Millət, adətən, rəhbərin dinində olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər