Möminlərin cəsarəti... |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-12-2014, 01:28 | Şərh sayı: (0) | Baxılıb: 643
Möminlərin cəsarəti...
Hz. Süleyman da gözəl əxlaqın yayılması üçün cəsarət və qərarlılıqla cəhd edən peyğəmbərlərdən biridir. Allah ona böyük hakimiyyət nəsib etmiş, o da insanlar arasında gözəl əxlaqın hakim olması üçün var gücü ilə çalışmış, bu məqsədlə bənzərsiz üsullardan istifadə etmişdir. Bir çox qövm onun bu üstün vəsflərinə, cəsarətinə, əzm və qərarlılığına heyran qalmışdır. Böyük ordulara sahib olan Səba hökmdarı və qövmünü imana dəvət etmək üçün çox təsirli üsullardan istifadə edərək onlara xəbər yollamışdır:
(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: "Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı). O məktub Süleymandandır və o "bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır). (Məzmunu belədir:) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin!”.
(Bəlqis) dedi: "Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!”
Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!”
(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər.
Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!
(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.
Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 29-37)
Hz. Süleymanın bu cür qərarlı və cəsur olması, Allahın rizasını axtarması və dünyəvi heç nəyə tamahının olmaması Səba hökmdarına dərindən təsir etmiş və imanına vəsilə olmuşdur:
… (Bəlqis) dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər