Peyğəmbərlər və imamlardan qırx möcüzə və kəramət |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 1-10-2015, 19:07 | Şərh sayı: (0) | Baxılıb: 757
Peyğəmbərlər və imamlardan qırx möcüzə və kəramət
Həzrət İbrahim (ə)-ın möcüzəsi:
1-Allahın iznilə quşları diriltməsi.
2-Atəşin ona soyuq olması.
3-İti bıçağın həzrət İsmail (ə)-ın başını kəsməməsi və onun əvəzinə asimandan göndərilən bir qoyunun qurbanlıq edilməsi.
Həzrət Nuh (ə)-ın möcüzəsi:
4-Möminlərə nicat verən, kafirləri isə qərq edən gəmi.
Həzrət Hud (ə)-ın möcüzəsi:
5-Güclü külək nəticəsində Hud qövmünün həlak olması.
Həzrət Saleh (ə)-ın möcüzəsi:
6-Dağın içindən diri dəvənin çıxarılması.
Həzrət Lut (ə)-ın möcüzəsi:
7-Səmadan Lut qövmünün üstünə kiçik daşların tökülməsi.
Həzrət Musa (ə)-ın möcüzəsi:
8-Əsanın əjdəhaya çevrilməsi.
9-Əlini qoltuğundan çıxartdıqda, onun işıq saçması.
10-Fironçuların quraqlığa düçar olub, həlak olmaları.
11-Firon qövmünün əkin sahələrinin bəlaya tutulması.
12-Fironçuların Nil çayında qərq olması.
13-Fironçuların başlarında bitlərin əmələ gəlməsi.
14-Fironçuların qurbağa və ağcaqanadların bəlasına düçar olması.
15-Fironçuların qana düçar olması.
Həzrət Şüeyb (ə)-ın möcüzəsi:
16-Allah tərəfindən asimani bir səsin göndərilib, həzrət Şüeyb (ə)-ın qövmünü həlak etməsi.
Həzrət Yəqub (ə) və həzrət Yusif (ə)-ın möcüzəsi:
17-Canavarın dil açıb danışması. Belə ki, o, Allahın iznilə demişdi: "Peyğəmbərləri yemək (bizə) haramdır.”
18-Həzrət Yəqub (ə)-ın gözlərinin – oğlu həzrət Yusif (ə)-ın köynəyini gözlərinə sürtməklə – açılması.
19-Körpənin beşikdə danışması; o, dil açıb demişdi: "Əgər köynək qabaq tərəfdən cırılıbsa, Züleyxa; yox əgər arxa tərəfdən cırılıbsa, Yusif (ə) düz deyir.”
20-Kor qadının (Züleyxanın) gözlərinin Allahın iznilə açılıb, cavan olması.
Həzrət Süleyman (ə)-ın möcüzəsi:
21-Heyvanların və quşların dilini başa düşmək.
22-Quşların ona tabe olması.
23-cinin bir göz qırpımından da tez bir zamanda Bilqeysin taxtını gətirməsi.
24-Qızmış misi maye hala salması.
25-cinlərin ona tabe olması.
Həzrət İsa (ə)-ın möcüzəsi:
26-O həzrətin ata olmadan dünyaya gəlməsi.
27-Beşikdə ikən dil açıb danışması.
28-Palçıqdan bir quş surəti düzəldib, ona öz nəfəsini üfürməklə quşa çevirməsi.
29-Allahın izni ilə anadangəlmə kor və xora xəstəliyinə tutulanlara şəfa vermək.
30-Allahın iznilə ölüləri diriltmək.
31-Camaatın evlərində yedikləri şeylərdən xəbər vermək.
32-Öz qövmü üçün səmavi süfrə gətirmək.
Həzrət Peyğəmbəri-Əkrəm (s)-in möcüzəsi:
33-Qurani-kərim.
34-İmam Əli (ə)-ın əsr namazını qılması üçün günəşi geri qaytarması.
35-Ayı iki yerə bölmək (Şəqqül-qəmər).
İmam Əli (ə)-ın kəraməti:
36-Canavar və qazlarla söhbət etməsi və günəşin o həzrətə salam verməsi.
37-cinlərdən beyət alması.
38-Fərat çayındakı balıqların o həzrətə salam verməsi.
İmam Səccad (ə)-ın kəraməti:
39-Həcərül-əsvədin (qara daşın) o həzrətin imamətinə şəhadət və daşın, ağacın ona salam verməsi, onun əmrilə ağacın hərəkətə gəlməsi.
40-Ağacın qılınca çevrilməsi və kiçik daşların təsbih deməsi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər