Xəvaric tayfasından bu günümüzə kimi qalan varmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-11-2015, 21:50 | Şərh sayı: (0) | Baxılıb: 327
Xəvaric tayfasından bu günümüzə kimi qalan varmı?
Xəvaric (xaricilər) cərəyanı hicrətin birinci əsrində - İmam Əlinin (ə) xilafət illərində meydana gəldi. İmam Əli (ə) onlarla döyüşüb bir hissəsini məhv etsə də, xaricilər gizlinə çəkildilər. Sonrakı dövrlərdə onlar güclənərək aşkar fəaliyyətə keçdilər. Xaricilər hicri I-III əsrlərdə müəyyən gücə malik olmuş və siyasi hadisələrə kifayət qədər nüfuz edə bilmişlər. Amma hakimiyyətlə daim müxalifət halında olduqları, həmişə gizli fəaliyyət göstərmək məcburiyyəti qarşısında qaldıqları, həm sünnilər, həm də şiələr tərəfindən düşməncəsinə qarşılandıqları üçün qüvvətlənə bilmədilər və tədricən zəiflədilər. Hal-hazırda xariciliyin yalnız ibaziyyə qolu öz mövcudluğunu davam etdirir. (Onları bəzən səhv olaraq “ibadiyyə” adlandırırlar). İbaziyyə qolunun ardıcılları əsasən Oman ərazisində məskunlaşmışlar. Əlcəzair, Tunis, Liviya və Zəngibar adasında (Tanzaniya) da ibaziyyə icmaları mövcuddur. İbazilər qədim xaricilər kimi radikal və terrorist deyillər, xeyli mötədil əqidəyə malikdirlər. İslam alimlərinin böyük əksəriyyətinin fikrincə, ibazilər də sair məzhəblərlə birlikdə müsəlman sayılırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər