Allah yolunda infaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-05-2015, 22:45 | Şərh sayı: (0) | Baxılıb: 822
Allah yolunda infaq
Allah yolunda infaq
Salman Farsi bir gün peyğəmbərin göstərişi ilə yenicə müsəlman olmuş ərəbi yedirtmək üçün xanım Zəhranın (s.ə.) qapısına gəldi. Xanım Fatimə (s.ə.) məsələni bilib buyurdu: "And olsun Allaha, Həsən və Hüseyn aclıqdan titrəyə-titrəyə yatdılar. Amma mən xeyiri əldən çıxarmaq istəmirəm. Ey Salman! Bu köynəyi apar yəhudi Şəmunun yanına, xurma və arpa al gətir!” Salman köynəyi yəhudinin yanına apardı və əhvalatı danışdı. Şəmunun gözündən yaş gəldi. Dedi: "Budur dünyada zöhd! Budur Musanın Tövratda xəbər verdiyi!” Yəhudi şəhadət kəlmələrini deyib İslamı qəbul etdi.
Yəhudi iman gətirdikdən sonra Salmana xurma və arpa verdi. Salman yəhudidən aldıqlarını Zəhranın evinə apardı. Xanım öz əli ilə arpanı üyüdüb, çörək bişirdi. Salman dedi: "Ey peyğəmbər qızı! Bu çörək və xurmadan Həsən və Hüseyn üçün bir qədər götür.” Xanım buyurdu: "Allah yolunda verdiyimizdən istifadə etmərik!”
İstədiyin qədər soruş!
Bir qadın xanım Zəhranın (s.ə.) görüşünə gəlib dedi: "Qoca anam var, namazda çox səhvə yol verir. Məni yanınıza göndərdi ki, bu barədə soruşum. Xanım buyurdu: "İstədiyini soruş.” Qadın xanım Zəhraya (s.ə.) on sual verdi və hər bir sualına cavab aldı. O çox sual verdiyindən utandı və dedi: "Sizə bundan artıq əziyyət vermək istəmirəm!” Xanım buyurdu: "İstədiyin qədər soruş. Əgər bir şəxsə ağır yükü aparmağı müqabilində min dinar versələr, yorğunluq hiss edərmi? Qadın dedi: "Xeyr.” Xanım buyurdu: "Mən hər cavabıma görə Allahdan qat-qat artıq mükafat alıram və yorulmuram. Atam peyğəmbərdən eşitmişəm ki, Qiyamət günü İslam alimləri xalqın təhsil və hidayəti yolunda nə qədər təlaş göstəriblərsə, qat-qat artıq mükafat alacaqlar
Öncə qonşu üçün dua!
Bəzən xanım Fatimənin (s.ə.) gecə ibadətləri və hönkürtüləri övladlarını yuxudan oyadırdı. İmam Həsən (ə) deyir: "Cümə axşamı anam ibadət mehrabında dayanıb sübhədək rüku və səcdədə qaldı. Özündən savayı hamı üçün dua etdi. Soruşdum ki, anacan, nə üçün özünə bir şey istəmirsən?” Buyurdu ki, oğulcan, öncə qonşu, sonra özün!”
Xanım Zəhra (s.ə.) övladlarına tez-tez peyğəmbəri xatırladırdı. Atasının tövsiyəsi ilə övladlarını gül dəstəsi bilir, onları Quran və dua öyrənmək üçün peyğəmbərin (s) yanına göndərirdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər