Əli (ə)-ın anasının şəxsiyyəti |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 9-05-2016, 19:31 | Şərh sayı: (0) | Baxılıb: 373
Əli (ə)-ın anasının şəxsiyyəti

Bir neçə an keçmədi ki, Fatimə möcüzəli şəkildə Allah evinə daxil oldu və orada uşağı dünyaya gətirdi. Bu böyük və fəzilətli hadisəni tarix, hədis və ənsab elminin alimləri öz kitablarında nəql etmişlər. Sünnü alimlərinin arasında da bir çoxları bu həqiqəti aydın şəkildə göstərmiş, onu Əli (ə) üçün misilsiz bir fəzilət hesab etmişlər. Hakim Nişapuri deyir: "Əli (ə)-ın təvəllüdünün Kəbənin daxilində olması mütəvatir şəkildə bizə gəlib çatmışdır." Tanınmış müfəssir Alusi Bağdadi yazır: "Əli (ə)-ın təvəllüdünün Kəbədə olması dünya millətləri arasında yayılıb məşhurlaşmış və indiyə kimi heç kim belə bir fəzilətə nail olmamışdır."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər