RSS
 

Login:
Şifrə:
» » “Kəbənin övladı”

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“Kəbənin övladı”

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-04-2016, 18:58 | Şərh sayı: (0) | Baxılıb: 318

“Kəbənin övladı”


“Kəbənin övladı”İmam Əli ibn Əbutalibə (ə) məxsus olan nadir fəzilətlərdən biri də o həzrətin Kəbə evində dünyaya gəlməsidir. Əksər alimlərin qeyd etdiyi kimi, tarix boyunca Əlidən (ə) savayı heç kim bu şərəfə layiq görülməmişdir. İmam Əli (ə) Allahın evində - Kəbədə doğulmuş və Allahın evində - Kufə məscidində aldığı ölümcül yara ilə həyatını itirmiş yeganə şəxsiyyətdir.

Böyük alim Əllamə Əmini “əl-Ğədir” kitabında İmam Əlinin (ə) Kəbədə dünyaya gəlməsindən söz açaraq, bunu öz kitablarında təsdiq etmiş 50 nəfər şiə alimin və 40 nəfər şairin adlarını çəkərək, əsərlərindən sitatlar gətirir.

Hadisəni təsdiq edən əhli-sünnə alimlərinə gəlincə, onların sırasında Hakim Nişaburi, İbn əl-Məğazili, Hələbi, Zəhəbi, İbn Əsir, İbn Cövzi, Alusi kimi məşhur alimlərin adına rast gəlirik. Mühəmməd ibn Təlhə Şafii, Gənci Şafii, Cüveyni Şafii, İbn Səbbağ Maliki, Səmhudi Şafii, Zərəndi Şafii, Şəblənci, Şah Vəliyyullah Dehləvi və başqa əhli-sünnə alimləri də öz kitablarında Həzrət Əlinin (ə) Kəbədəki mövludunu etiraf etmişlər.

Bu alimlərdən bəziləri İmam Əlinin (ə) Kəbədə doğuluşunu məşhur hadisə və mütəvatir rəvayət adlandırmışlar. “Mütəvatir” deyərkən, hər təbəqəyə mənsub çoxlu ravilərin rəvayət ediyi xəbər nəzərdə tutulur. Bu zaman həmin ravilərin yalançılıq zəminində əlbir olma ehtimalının qeyri-mümkünlüyü şərt qoyulur.

Əhli-sünnə aləmində ən məşhur hədis qaynaqlarından sayılan “əl-Müstədrək əla-l-Səhiheyn” kitabının müəllifi Hakim Nişaburi adıçəkilən əsərdə yazır: “Mütəvatir xəbərlərdən biri də budur ki, Əsədin qızı Fatimə Həzrət Əlini (ə) Kəbədə dünyaya gətirmişdir” (III cild, səh. 483).

“Şah Vəliyyullah” kimi tanınan Əhməd ibn Əbdüləziz Dehləvi “İzalət əl-xəfa” kitabında yazır: “Əsədin qızı Fatimənin Həzrət Əlini (ə) Kəbə evində dünyaya gətirməsi mütəvatir xəbərlərdəndir. Həqiqət budur ki, o, “fil ili” təqviminin 30-cu ili rəcəb ayının 13-ündə, cümə günündə Kəbədə doğulmuşdur. Ondan nə əvvəl, nə də sonra heç kim Kəbənin içində dünyaya göz açmadı”.

Şihabəddin Seyid Mahmud Alusi isə bir qəsidəyə şərh olaraq yazdığı “Sərh əl-xəridət əl-ğeybiyyə” kitabında qeyd edir: “Həzrət Əlinin (ə) Kəbə evində dünyaya göz açması dünyada məşhur olan bir hadisədir. Bu hadisəni həm sünnü, həm də şiə qaynaqları qeyd etmişdir”.

İmamın Kəbədə doğuluşu barədə müstəqil kitablar da qələmə alınmışdır. Bu mövzuda ən azı 5 müstəqil kitab məlumdur. Bunlardan birini böyük şiə alimi Şeyx Səduq qələmə almışdır. Həmin mövzuda yazılmış bir kitabın müəllifi də həmyerlimiz, zəmanəsinin böyük tədqiqatçı alimi Əllamə Mühəmməd Əli Ordubadidir (1895-1960). Ordubadi mövzu barədə dərin araşdırma aparmış, əqli və nəqli dəlillərə əsaslanaraq çıxış etmiş, irəli sürülən iradlara ətraflı və tutarlı cavablar vermişdir. Ordubadinin yaxın dostu Əllamə Əmini “əl-Ğədir” kitabında yazır: “Şeyximiz Ordubadi mövzu barədə böyük bir kitab yazmış, dərin araşdırmalar aparmış və kamanda heç kim üçün ox saxlamamışdır (yəni kamil şəkildə tədqiqat aparmış və heç kimə iş buraxmamışdır)” (VI cild, səh. 27).



Həzrət Əlinin (ə) Kəbədə doğuluşunu inkar edənlərə gəlincə, onlar əsasən iki istiqamətdə iş görmüşlər. Birincisi, İmamın Kəbədə doğulan yeganə şəxs olmadığını iddia etməklə, həzrətin fəzilətlərindən birini inkar etməyə və üzərinə kölgə salmağa çalışmışlar. İkincisi isə, ümumiyyətlə, həzrətin Kəbədə doğuluşunu inkar etmişlər.

Birinci iddiaya görə, Kəbədə doğulan ilk şəxs Həzrət Xədicənin qardaşı oğlu Həkim ibn Həzam ibn Xüveylid ibn Əsəd Qüreyşi olmuşdur. O, fil ilindən təqribən 12 ya 13 il əvvəl doğulmuş, hicrətdən 50 ya 54 il sonra vəfat etmişdir. Bəziləri onun İslamdan əvvəl 60 və İslamdan sonra da 60 il yaşadığını yazmışlar.

Əvvəla, Həkim ibn Həzamın Kəbədə doğuluşu barədə xəbərlər sənəd etibarilə zəif, məzmun etibarilə ziddiyyətlidir. İkincisi, hətta bu xəbərin doğruluğunu qəbul etsək belə, bu nüansa diqqət yetirməliyik ki, Həkimin anasının Kəbədə doğuşu qeyri-ixtiyari olaraq, qəfildən baş vermişdi. Belə ki, Həkimin anası Qüreyş qadınları ilə birlikdə Kəbəni ziyarət etmək üçün müqəddəs evin içinə daxil olur. Bu zaman o, doqquz aylıq hamilə idi. Kəbənin içində qadının doğuş sancısı başlayır və elə oradaca, bir dəri parçasının üstündə övladını dünyaya gətirir.

Son zamanlar bəzi vəhhabi “alimləri” də İmam Əlinin (ə) Kəbə daxilindəki mövludunu inkar etməyə çalışır, hətta bunu İmam üçün əskiklik kimi təqdim edirlər. Bunların arasında Suriyada və İraqda döyüşən vəhhabi cəlladlarının “mənəvi atası”, dinc müsəlmanlara və məxsusən şiələrə qarşı qətl fətvalarının müəllifi Şeyx Ərifi fərqlənir. Ərifinin irəli sürdüyü əsas “sübut” bundan ibarətdir ki, Kəbə o dövrdə bütxana idi, içində, damında və ətrafında 360 büt qoyulmuşdu. Və guya buna görə də, bütxana olan bir yerdə doğulmaq əslində şərəf yox, nöqsandır.

Cavabında deyirik ki, Kəbə Qurani-kərimdə yer üzündə tikilmiş ilk bina, Allahın evi, əmin-amanlıq məkanı kimi vəsf olunur. Bu ev yaradılışın əvvəlindən bəri müqəddəs və mübarək olmuşdur, öz müqəddəsliyini qiyamətə kimi qoruyacaqdır. İnsanların ona nə cür münasibət göstərməsindən asılı olmayaraq Kəbə həmişə möhtərəmdir. Məgər hicrətin 8-ci ilində Məkkə fəth olunub Kəbə bütlərdən təmizlənənə kimi bu evin müqəddəsliyi qorunmurdumu? Elə isə, niyə müsəlmanlar Mədinədə bir neçə il boyunca bütxana olan Kəbəni qiblə sayaraq, namazda üzlərini ona sarı çevirirdilər? Niyə Peyğəmbərimiz Hüdeybiyyə ilində Məkkəyə həccə getmək niyyətində idi? Niyə o həzrət qəza ümrəsini yerinə yetirmişdi? Niyə bundan da əvvəl, Peyğəmbər hələ Məkkədə yaşadığı zaman Kəbəni ziyarət edir, onun yanında namaz qılırdı? Əgər bura müqəddəs və mübarək məkan deyildisə, o həzrət niyə bu cür davranırdı? Yoxsa cənab Ərifi İslam Peyğəmbərinin sünnəsini mötəbər qəbul etmir və o həzrətdə səhv tapıb?

Sonda başqa bir müqayisə aparaq. Məgər Məkkə müşrikləri İslam Peyğəmbərini “məcnun”, “şair” adlandırdıqları zaman o həzrətin şan-şərəfindən nə isə əskilirdimi? Bütün peyğəmbərlər öz müasirləri tərəfindən təkzib və təqib edilmiş, iftiralara və təzyiqlərə məruz qalmışlar. İnsanların bu münasibəti uca peyğəmbərlik məqamına bir əskiklik gətirmişdimi? Əsla yox! Elə isə, o zamanlar Kəbə evinin cahil insanlar tərəfindən bütxanaya çevrilməsi də bu məkanın müqəddəsliyinə və mübarəkliyinə zərrə qədər ləkə sala bilməzdi və İmam Əlinin (ə) Kəbədə doğuluşu o həzrət üçün ən böyük fəzilətlərdən biridir.

Natiq Rəhimov



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor