Fatimə (s.ə)-nin behiştdə məqamı |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 25-12-2015, 11:47 | Şərh sayı: (0) | Baxılıb: 487
Fatimə (s.ə)-nin behiştdə məqamı
Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki, Fatimə (s.ə) Peyğəmbər (s)-in Qəzba adlı dəvəsində məhşərə daxil olan dörd süvaridən biridir.
İbn Şəhr Aşub rəvayət edir ki, həzrəti-Mühəmməd(s) ölüm yatağında olarkən Qəzba adlı dəvəsi ondan soruşdu ki, məni özündən sonra kimə tapşırırsan?
Peyğəmbər (s) buyurdu: «Ey Qəzba, Allah səni bərəkətli etsin. Sən qızım Fatimə (s.ə)-ninsən. O sənə həm bu dünyada və həm də axirətdə minəcək».
Elə ki Rəsuli-əkrəm (s) vəfat etdi, o dəvə gecə ikən Fatimə (s.ə)-nin yanına gəlib dedi: «Salam olsun sənə, ey Peyğəmbərin qızı. Mənim bu dünya ilə vidalaşmağıma az qalıbdır. Allaha and olsun ki, Peyğəmbər (s)-in vəfatından sonra dilimə ot və su dəyməyib».
O dəvə ayrılığa dözməyib həzrəti-Mühəmməd(s)-in vəfatından üç gün keçmiş canını tapşırdı.
Furat ibn İbrahim öz təfsirində əmirəl-möminin Əli(ə.s)-nin dilindən belə söyləyir:
Bir gün Peyğəmbər (s) Fatimə (s.ə)-nin yanına gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah(s) bir az qiyamət günü barədə danışıb bu məqama yetişəndə belə buyurdu: «Ey Fatimə, behişt qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yəhəri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan dəvələrə minərlər. Hər dəvənin üstsndə də sız-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş «sundus» süfrəsi açılar. Behiştə gələn zaman cənnət əhli sənin qədəmlərindən şadü-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman həzrəti-Adəm(ə.s), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər».
Peyğəmbər (s)-in qəlbinin sözü.
Fatimə (s.ə) buyurdu: «Bu ayə («Nur», 63) «Öz aranızda bir-birinizi çağırdığınız kimi? Peyğəmbəri çağırmayın (yəni onu ehtiramla səsləyin.)» nazil olan zaman mən Rəsuli-əkrəm(s)-i «Ey Allahın Rəsulu!»-deyə çağırırdım. Lakin o Həzrət istəyirdi ki, ona «Ata» deyə müraciət edim. Üç dəfə mənə heç bir şey söyləmədi. Axırda mənə üz tutub buyurdu:
«Ey Fatimə, bu ayə sənin, ailən və sənin nəslin üçün nazil olubdur».
Sonra əlavə etdi:
«Mənə «Ata» deyə müraciət et, çünki sənin məni belə çağırmağın qəlbimi daha da şadlandırır və Allahı da razı edir».
«Mishabul-Ənvar» adlı kitabda həzrəti-Əli(ə.s)-nin həzrəti-Mühəmməd(s)-in qızı Fatimə (s.ə)-yə bəslədiyi dərin məhəbbət və ehtiram barəsində söylədiyi hədis qeyd olunmuşdur. Burada xanım Fatimə (s.ə) Atası ilə olan mükaliməni xatırlayaraq belə bir məqama toxunmuşdu:
«Allah-təala sənə salam göndərəni bağışlayar və onu mən cənnətin harasında olsam, mənə qovuşdurar».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər