RSS
 

Login:
Şifrə:
» » Fatimə bint Əsəd

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Fatimə bint Əsəd

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 20-01-2016, 23:38 | Şərh sayı: (0) | Baxılıb: 1878

Fatimə bint Əsəd


Fatimə bint ƏsədFatimeyi-Zəhranın (ə) adı Əlinin (ə) mübarək adı ilə qoşa çəkildiyi kimi, başqa bir Fatimənin adı da müttəqilərin mövlasının – Əmirəl-mömininin adının yanındadır. Burada zaman və tarix baxımından bir qədər arxaya qayıtmalıyıq ki, Əli bin Əbi Talibin – o İslam qəhrəmanının, şiələrin məsum rəhbərinin pak və namuslu anası Fatimə bint Əsəd haqqında söz açaq.
Elə təkcə Əlinin (ə) anası olmağın özü aydındır ki, bəşəriyyət tarixini dolaşan əzəmətli bir iftixardır. Lakin bu hörmətli qadının iftixarı təkcə bunda deyil. Çünki Əlinin (ə) – bu qəhrəman imam və rəhbərin, Peyğəmbərin (s) həqiqi canişininin təvəllüdündən əvvəl də Fatimə bint Əsədin yüksək məqamı, sonsuz hörmət və nüfuzu var idi. O zamana kimi heç bir xanım belə yüksək məqama çatmamışdı. Bəli, Fatimə bint Əsədin yüksək və misilsiz məqamı önündə dünyanın gözləri qamaşır, insanların ağlı başlarından çıxırdı. Onun bu yüksək məqamı Kəbə ilə, uca və ali Tanrının o pak və müqəddəs evi ilə ünsiyyətdə olmasına görə idi. Bu ünsiyyət peyğəmbərlikdən qabaq – İslamın dünyaya işıq saçan günəşi doğmamışdan əvvəl görünməmiş dərəcədə böyük və dərin idi. Allah evinin güclü cazibəsi həmişə o qadını özünə çəkirdi. Bir gün o – İlahinin bəxş etdiyi övlada – o nur mənbəyinə hamilə ikən yenə də Allah evinə getmişdi. Və bətnində daşıdığını o müqəddəs yerdə azad etdi. Allahın iradəsi ilə Fatimə bint Əsəd yeni doğulmuş müqəddəs körpəsini özgələrdən uzaq bir yerdə - səma mələklərinin köməyilə Kəbə evinin içində dünyaya gətirdi. Beləliklə, Fatimə bint Əsəd Allahın evini öz evi və övladının evi etdi. Doğrudan da, ondan başqa yer üzündə heç bir qadın belə bir iftixara nail olmamış – öz övladını Allahın evində, səma mələkləri qanadlarının ürəkoxşayan kölgəsində dünyaya gətirməmişdir.
Başqa bir iftixar isə odur ki, İslamı ilk qəbul edənlər sırasında birincilərdən və ulu Peyğəmbərə (s) iman gətirənlərdən oldu. O cəhalət və küfr mühitində on birinci bəşər övladı oldu ki, adı Allahın Elçisinin (s) adının yanında, dünya tarixinin qəlbində yazıldı və İslam aynasında əbədi əks olundu.
Fatimə bint Əsədin həyat tarixçəsi bir tərəfdən büsbütün paklıq və ismət, digər tərəfdən isə böyüklük və əzəmətdir. Elə bir şəffaf ayna kimidir ki, hansı bucağından baxsan, onda böyüklük və gözəllik təsvirinin əks olunduğunu görmüş olarsan. Həmin bucaqlardan və heyrətdoğurucu təsvirlərdən biri budur ki, Allahın iradəsilə İslam peyğəmbərinin (s) uşaqlıq və yeniyetməlik illəri onun mehribanlığı və analıq qayğısının sayəsində başa gəldi. Bu, elə illər idi ki, Peyğəmbərin (s) hörmətli əmisi, Əlinin (ə) sevimli atası Əbu Talib yetim qalmış qardaşı oğlunun – Məhəmməd bin Abdullahın (s) himayəsini öz
öhdəsinə götürmüşdü. Hələ təvəllüdündən qabaq atasını və körpəliyində anasını itirmiş Peyğəmbər (s) kiçik yaşlı ikən sevimli babası cənab Əbdül Müttəlib də dünyasını dəyişdi, aqibət sarayına tələsdi. Cənab Əbu Talib Allahın Elçisini (s) öz övladlarından biri, hətta onlardan daha əziz bir ciyərparası kimi öz evinə apardı və onu öz məhəbbət qayğısı altına aldı. Beləliklə, Peyğəmbər (s) böyüyənədək və özü həyatını idarə etmək qüdrətinə çatanadək Əbu Talibin evində onun ailə üzvlərindən biri kimi qaldı.
Burada Fatimə bint Əsədlə bağlı məsələ ondan ibarətdir ki, Abdullahın kiçik yaşlı yetim uşağı hörmətli əmisinin yanında onun evinə daxil olarkən bu möhtərəm qadın Əbu Talibin həyat yoldaşı və evin xanımı kimi o həzrəti açıq ürəklə, mehriban rəftarla, xoş sifətlə və böyük məhəbbətlə qarşıladı. Bu müqəddəs vücudu istəkli balası kimi şirin canından da əziz tutaraq ona qəlb evində yer verdi. Peyğəmbər (s) əziz əmisinin evində yaşadığı bütün müddət ərzində bu böyük qadın bir an belə öz məhəbbət və qayğısını o həzrətdən əsirgəmədi.
Peyğəmbər (s) də bu pak və fədakar qadını mehriban anası kimi sevir, onun yanında anasızlıq dərdini nisbətən az çəkirdi. Peyğəmbərin (s) Fatimə bint Əsədə məhəbbət və əlaqəsi elə böyük və sonsuz idi ki, o böyük qadın dünyasını dəyişərkən cənazəsinin başında bərk-bərk ağladı və ona ehtiramla yas tutdu. İslam tarixinə aid mənbələrdə qeyd olunduğu kimi, Peyğəmbər (s) öz mübarək kəlamı ilə buyurdu ki, mən mehriban anamı və ürəyiyanan, fədakar köməkçimi itirdim. Elə bir kəsi əldən verdim ki, öz övladlarından da artıq qayğıma qalır, dürməyimi tutur, məni yedirib-içirməyincə, məndən sarı tam rahat olmayınca başqa ailə üzvlərinə qulluq etmirdi. Bu ana-övlad ünsiyyəti və əlaqəsinə, ikitərəfli məhəbbətə görə Peyğəmbər (s) onun vəfatı zamanı bütün varlığı ilə ağladı, öz mübarək libası ilə onu kəfənlədi və pak cənazəsi üstündə qırx təkbirlə namaz qıldı. Nəhayət, dəfni zamanı da öz mübarək ayağı ilə o böyük qadının qəbrinə daxil oldu ki, ona əmin-amanlıq və rahatlıq bəxş etsin və onun dəfnini İslam tarixində ən pak dəfn mərasimlərindən birinə çevirsin. Bəli, bütün bu işləri Peyğəmbər (s) o vaxtadək heç kim üçün görməmiş və ondan sonra da kimsə üçün bu qaydada yerinə yetirməmişdi. Fatimə bint Əsədin böyüklüyü və paklığının bir parçası belə idi...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor