İmam Əlidən (ə) başqa Kəbənin içində doğulan olubmu? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 1-05-2016, 15:30 | Şərh sayı: (0) | Baxılıb: 324
İmam Əlidən (ə) başqa Kəbənin içində doğulan olubmu?
Sual: İmam Əlidən (ə) başqa Kəbənin içində doğulan olubmu?
Cavab: Bütün İslam alimləri (tək-tük təəssübkeş istisnaları çıxmaqla) bu məsələdə müttəfiqdir ki, İmam Əli (ə) Kəbənin işində doğulmuşdur və ondan sonra bu şərəfə layiq görülən olmamışdır. Əksər alimlər ümumiyyətlə Kəbənin mövcud olduğu tarix boyunca onun içində Həzrət Əlidən (ə) başqa heç kimin doğulmadığını demişlər. Lakin bəzi məlumatlar var ki, Həzrət Xədicənin qardaşı oğlu Həkim ibn Həzam da Kəbinin içində dünyaya gəlmişdir. Bu hadisə əgər baş vermişsə də, İmam Əlinin (ə) doğuluşundan 40 ildən də çox əvvəl olmuşdur. Lakin əvvəla, Həkimin Kəbədə doğuluşu barədə xəbərlər sənəd etibarilə zəif, məzmun etibarilə ziddiyyətlidir. İkincisi, hətta bu xəbərin doğruluğunu qəbul etsək belə, bir nüansa diqqət yetirməliyik ki, Həkimin anasının Kəbədə doğuşu qeyri-ixtiyari olaraq, qəfildən baş vermişdi. Belə ki, Həkimin anası Qüreyş qadınları ilə birlikdə Kəbəni ziyarət etmək üçün müqəddəs evin içinə daxil olur. Bu zaman o, doqquz aylıq hamilə idi. Kəbənin içində qadının doğuş sancısı başlayır və elə oradaca, bir dəri parçasının üstündə övladını dünyaya gətirir. İmam Əlinin (ə) anası Fatimə bint Əsədin öz övladını Kəbədə dünyaya gətirməsi isə məhz Allahın istəyi ilə, möcüzəvi şəkildə baş vermişdi. Yəni Kəbənin divarları aralanmış və Fatimənin içəri girməsinə şərait yaranmışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər