Qondarma "sərdabə dastanı" |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 13-01-2016, 20:41 | Şərh sayı: (0) | Baxılıb: 423
Qondarma "sərdabə dastanı"
Səmərrada İmam Hadi və İmam Həsən Əskərinin (ə) müqəddəs məqbərəsi yanında bir sərdabə vardır. Bu sərdabə üç imamın – İmam Hadi, İmam Həsən Əskəri (ə) və İmam Mehdinin (ə.f) namaz qıldıqları yer olduğuna görə şiələr tərəfindən müqəddəs yer kimi ehtiram olunur. Lakin çox təəssüf ki, əhli-sünnə məzhəbinin bəzi tarixçi və yazarları öz əsərlərində İmam Mehdinin (ə.f) orada gizlənməsinə dair uydurma hekayə yazırlar. Bundan başqa şiələri öz imamlarının oradan çıxmasını gözləməkdə ittiham və məsxərə edirlər. Bu hörmətsizliklərə cavab olaraq, şiə alimləri dəlil-sübutlarla onların bu yanlış düşüncələrini rədd etmişlər. Biz burada yalnız mərhum Əllamə Əmininin "Əl-Ğədir" kitabında yazdığı cavabla kifayətlənirik: “...Sərdabə iftirası isə daha çirkin iftiradır. Ümumiyyətlə, şiələr İmamın (ə.f) sərdabədə qeyb olması fikrində deyillər. Nə onlar İmamı (ə.f) qeybə çəkiblər və nə onlar onu sərdabədən zühur etdirəcəklər! Əslində şiələr hədislərə əsaslanaraq, onun Məkkədə Kəbənin qarşısında zühur edəcəyinə inanırlar və zühurun sərdabədə baş verəcəyini heç kim söyləməmişdir... Heç olmasa, bu uydurmanı qoşanlar öz yalanlarında sözübir olsaydılar, onun qondarma olması əlamətlərinə görə bu qədər rüsvay olmazdılar. Belə ki onların bəzisi оnun Bağdadda, bəzisi isə Səmərrada olduğunu göstərmiş, bir qrup isə yerindən xəbərsiz olduğunu bildirmişdir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər