Salmanın sualına cavab |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 23-12-2015, 14:16 | Şərh sayı: (0) | Baxılıb: 375
Salmanın sualına cavab
Təbəri öz «Bəşarətül-Mustafa» kitabında «Kənz» adlı mənbəyə istinad edib Əbuzərin dilindən nəql edərək belə yazır:
Peyğəmbə (s)-in yanında idim, Bilal Həbəşi və Salman da Allahın Rəsulunu ziyarətə gəlmişdilər. Bu zaman Salman qəfildən həzrəti-Mühəmməd(s)-in ayağına düşüb onun mübarək ayaqlarından öpdü. Peyğəmbər (s) onu bu işdən çəkindirib buyurdu:
– Ay Salman, əcəmlərin şahları üçün etdiklərini mənə qarşı etmə. Mən Allahın bəndələrindənəm və bəndələr kimi də yeyib-içirəm.
Salman söylədi:
– Ey mənim ağam, istəyirəm, mənə həzrəti-Zəhra (s.ə)-nın qiyamətdəki fəzilətindən xəbər verəsən.
Peyğəmbər (s) gülərüzlə ona baxıb buyurdu:
– Canım əlində olan Allaha and olsun ki, Fatimə (s.ə) həmin qadındır ki, dəvəyə minərək məhşər ərsəsindən gəlib keçər. Onun mübarək başı Allah qorxusundan bir görüntü, gözləri isə Tanrı nurundandır. Cəbrayıl o dəvənin sağında, Mikayıl solunda, Əli (ə.s) qabağında, Həsən və Hüseyn (ə.s) arxasınca gələrlər. Allah-təala onun qoruyucusudur. Məhşər səhnəsindən keçən zaman Allah-təala tərəfindən nida gələr:
«Ey xəlaiq, gözlərinizi qapayın və başınızı aşağı salın. Bu, sizin Peyğəmbərinizin qızı, imamınız Əli(ə.s)-nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır».
Sonra başında iki ağ çadır sirat körpüsündən keçər.
Fatimə (s.ə) behiştə daxil olan zaman İlahinin onun üçün hazır etdiyi nemətlərə baxıb deyər:
«Mehriban və bağışlayan Allahın adı ilə, həmd və şükr olsun o Allaha ki, qəmi və kədəri bizdən uzaqlaşdırdı. Əlbəttə, bizim Allahımız bağışlayan və mehribandır. O Allah ki, bizi öz lütfü ilə ali məqamda qərar veribdir, o məqama heç bir əzab və əziyyət yetişməyəcək».
Ondan sonra Allah-təala Fatimə (s.ə)-yə vəhy edər:
«Ey Fatimə, istədiyini məndən dilə ki, sənə əta edib sevindirim».
Fatimə (s.ə) ərz edər:
«İlahi, sən mənim ümidimsən. Sənin dərgahından istəyim budur ki, mənim və ailəmin dostlarını cəhənnəm atəşindən azad edəsən».
Allah-təala ona cavab verər:
«Ey Fatimə, izzət və cəlalıma and olsun ki, yerin və göylərin xilqətindən iki min il qabaq özümə and vermişəm ki, sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər