Fatimə (s) və ər qayğısı |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 20-11-2015, 22:45 | Şərh sayı: (0) | Baxılıb: 1867
Fatimə (s) və ər qayğısı
Qurani-kərim ailə bünövrəsinin möhkəmliyində iki şərt qeyd edir. Bu iki şərt ödənərsə, ailə möhkəm olar və heç bir tufan onu silkələməz. Bu iki şərt pozulanda Şeytanın ailəyə nüfuz yolu açılır.
Bu əsaslardan, şərtlərdən biri ər-arvad arasındakı qarşılıqlı məhəbbətdir. Bu məhəbbət ailə mühitində xoşbəxtlik və səmimiyyət yaradır, eləcə də bütün bulanıqları aradan qaldırır. İkinci əsas qarşılıqlı şəkildə bağışlamaq, əfv etməkdir. Bu şərt ödənərsə, əlaqələr güclənər, ailə ixtilafları qabarmaz.
Qurani-kərim buyurur: «Onlarla ünsiyyətiniz üçün öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da onun dəlillərindəndir».
Allahın razılığı ilə, qarşıda bu barədə daha geniş danışılacaq.
Əli və Fatimənin (s) həyatı məhəbbət, güzəşt və isarın nümunəsidir. Bu iki məsumun günah və xətası olmasa da, onlarda mehr-məhəbbət, maddi çətinliklərə etinasızlıq özünün ən yüksək zirvəsindədir. O dövrün həyat çətinlikləri, ağır işləri şəxsən icra etmələri, üzücü sıxıntılar bu növ cavan ailənin güzəranına kölgə salmışdı. Həyatları tam kasıblıqla keçir, çox vaxt evdə bir parça çörək də olmurdu. Lakin ailədə hökm sürən səbr və mərhəmət ab-həvası bütün çətinlikləri unutdururdu. Hətta ən çətin vəziyyətdə də Fatimə (s) Əlidən (ə) nə isə tələb etmir, onu əziyyətə salmaq istəmirdi. Diqqət edin:
Əli (ə) otağa daxil olur. Fatiməni (s) rəng-ruhu saralmış görür. Fatimədən (s) yemək istəyəndə «üç gündür evdə yemək yoxdur» cavabını alır. Əli (ə) buyurur:
Nə üçün mənə xəbər vermədin?
Həzrət Fatimə (s) buyurdu:
Atam Peyğəmbər (s) mənə qadağan edib ki, səndən nə isə istəyəm. Buyurub ki, özü ilə bir şey gətirsə, gətirib, gətirməsə tələb etmə.
Başqa bir rəvayətə görə yuxarıdakı hadisə zamanı Zəhranın (s) körpələri aclıqdan titrəyirdilər.
Bəli, Fatimə tək mehriban bir ana «Məhəmməd gülü» olan övladları ilə bu sayaq çətinlikdə yaşayırdılar. Budur Fatimə (s) dözümü, budur Fatimənin (s) Əliyə (ə) qayğısı.
Rəvayətə görə, Fatimədən (s) bu sözləri eşidən Əli (ə) yemək ardınca evdən çıxır. Bir dirhəm borc alır ki, ev üçün ruzi alsın. Yolda Miqdadla rastalaşır və bu vaxt onu evdən çıxmağa vadar edən səbəbi soruşur. Miqdad cavab verir: «Aclıq». Bunu eşidən Əli (ə) borc aldığı bir dirhəmi Miqdada verib, evə əliboş qayıdır.
Bir daha Fatimə və Əli (ə) isarının təcəllası
Bəli, o Fatimə, bu isə Əli (ə) isarından bir nümunə. İndi isə vəhy ailəsinin isar dünyasına nəzər salaq.
Əli (ə) evə daxil olub görür ki, həzrət Peyğəmbər (s) əyləşib, Fatimə (s) isə namaz qılır. Onun kənarında ağzı ötrülü tabaq qoyulub. Fatimə namazını tamamlayıb tabağın üstünü açır. Əli (ə) görür ki, tabaqda çörək və ət var. Bunun haradan olduğunu soruşur. Fatimə cavab verir ki, Allah tərəfindən. Allah istədiyinə hesabsız ruzi verər.
Digər bir rəvayətə görə Fatimə namaz qılıb dua etdi və Allah dərgahına üz tutdu. Allah onun duasını qəbul edib, qeybi ruzilərlə bəhrələndirdi.
Bu Fatimə və Əli isarının, fədakarlığının təcəllası, vəhy ailəsinin həyat tərzidir. İnsan bu iki nümunənin həyatını görəndə təmtəraqla yaşayanlarla, kiçik sıxıntıya görə ailə mühitini cəhənnəmə döndərənlərlə müqayisə edir. Onda Əhli-beytin nə dərəcədə ideal olması üzə çıxır.
Fatimə o qədər vəfalı və fədakar yoldaş idi ki, əli onun haqqında buyururdu: «Yoldaşım Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir». Əli (ə) də Zəhraya bu sayaq səmimi və iftixarlı bir yoldaş idi. Zəhra (s) buyururdu: «Ən yaxşı mənim yoldaşımdır».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər