Həzrəti-Zəhra (s.ə) və onu sevənlərin fəziləti, behiştdəki məqamları |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 29-05-2015, 01:15 | Şərh sayı: (0) | Baxılıb: 486
Həzrəti-Zəhra (s.ə) və onu sevənlərin fəziləti, behiştdəki məqamları
Əbu Cəfər Təbəri «Bəşarətül Mustafa» adlı kitabında Həmmam Əbi Əlidən belə nəql edir:
Bir gün Kəbul Əhbardan soruşdum:
– Əli ibn Əbitalib(ə.s)-in dostları barədə fikriniz nədir?
O dedi:
– Mən onların «Quran»da vəsfini tapmışam. Onlar Allahın hizbi, İslamın köməkçiləri, Allah vəlisinin ardıcılları, insanlar arasında Allahın alicənab və seçilmiş bəndələridirlər. Allah-təala onları öz dini üçün seçib, behişti onlar üçün yaratmışdır. Behiştdə Firdovsi-Əlada şəffaf mirvari dənəsindən və ləl cəvahirdən düzəldilmiş otaqlarda yaşayarlar. Onlar müqəddəs şəxsiyyətlərin arasındadırlar. Belə şəxslər hələ əl dəyməmiş içkilərdən içərlər. Bu içki onlara məxsus «Təsnim» adlı bulağın suyundandır. «Təsnim» Allah-təalanın həzrəti-Fatimə (s.ə)-yə əta etdiyi bulaqdır. Bu bulağın mənbəyi qübbəsi soyuqluqda kafur, dadı zəncəfil, iyi isə müşk kimi olan bir sütunun dibindədir. O bulaq arxlara axar, Fatimə (s.ə)-nin dostları da ondan içərlər. Bu qübbənin dörd sütunu vardır. Onun bir sütunu da yaşıl zümrüddəndir. Həmin sütunun dibində isə təhur və baldan olan şərabla dolu daha iki bulaq vardır. Bu çeşmələrdən hər biri behiştin aşağı hissəsindən axır. Təkcə Təsnim çeşməsi cənnətin yuxarı başında axır. Onun suyundan yalnız behiştin xüsusi adamları içəcəklər. Onlar Əli(ə.s)-nin dostlarıdırlar. Budur, Allah-təalanın «Quran»da buyurduğu kəlamın təfsiri:
– «Onlar ağzı bağlı əl dəyməmiş şərabla sirab olarlar. O elə bir çeşmədir ki, ondan yalnız Allahın ən yaxın adamları içəcəklər.»
(«Mutəffifin», 25-28)
Sonra Kəbul Əhbar dedi: «Allaha and olsun, Əli(ə.s)-nin dostlarını ancaq Allahın əhdü-peyman bağladığı şəxslər sevir».
Əbu Cəfər Təbəri yuxarıdakı rəvayəti nəql edəndən sonra yazır ki, Peyğəmbər (s) və onun Əhli-beyti (ə.s)-ni sevənlərin, bu hədisi qızıl suyu ilə yazmağına dəyər. Onların behiştin bütün ali dərəcələrinə əlləri çatacaqdır. Bu rəvayət əhli-təsənnündən də nəql olunmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər