İmam Zamana (ə.f) xitab |
Müəllif: Admin | Bölmə: Poeziya | Vaxt: 13-05-2016, 02:41 | Şərh sayı: (0) | Baxılıb: 440
İmam Zamana (ə.f) xitab
Yenə quruldu cəddinə əzası, yəbnəl-Əsgəri!
Çəkildi ərşo-fərşidə qarası yəbnəl-Əsgəri!
Vuruldu zəngi təziyət yetib xəbər Peyğmbərə,
Hüseyninin əzasıdır çəkildi qarə göylərə,
Asıldı qanlı köynəyi fəraze-ərşe davərə,
Qoyuldu göydə təziyət binası, yəbnəl-Əsgəri!
Min üç yüz ildi ağlarıq yarasına dəva ola,
Deyillər bir yarsası var ona çətin şəfa ola,
Gərək sənin zühuruna gecə-gündüz dua ola,
Qalıb sənə ürəkdəki yarası yəbnəl-Əsgəri!
Hər il qara geyəndə biz xülus və etiqadilə,
Bir iddəyi-yəhud-xu baxır bizə inadilə,
Nə fərqi vardır Şümrilə Übeydibni-Ziyadilə,
Vurar bizə o kəslər dil yarası yəbnəl-Əsgəri!
Necə dayanmısan ağa, sükutü helm o-səbridə,
Gəlibdi təngə Şiələr kəməndi-zülmo-cəbridə,
Qalıb Rübabın əlləri ürək başında qəbridə,
Zühurun eylər arzu duası yəbnəl-Əsgəri!
Eşitmişik çox ağlarsan həmişə sən bu mətləbə,
Sataşdı qızların gözü necə o qanlı mərkəbə,
Fəğan əz-zəlimədən yetirdi rəmzi Zeynəbə,
Ucaldı ərşə va Hüseyn sədası yəbnəl-Əsgəri!
Ucaltdı başdan əllərin o pakizad Heydəri,
Qabaqda şəhriyare-qəm, dalıyca düşdü, ləşkəri,
Görüb qara ləçəkləri əsibdi Şümrün əlləri
Salıbdı Şümri vəhşətə nidası, yəbnəl-Əsgəri!
Çağırdı yəbnə-zaniyə, əyuqtəlu rəcauna?
Ümidimizdi bu Hüseyn, dayan, eyvan xarab ola,
Nə Zeynəb etdi vahimə, nə Şümri qıldı etina,
Qalıb arada kuyi-həqq fədası, yəbnəl-Əsgəri!
Salıb təvan və tabdan Hüseyni şiddəti əməl,
Xiyamo-qətligahidə iki imam edibdi qəş,
Vücudi-höccətə görə xanım çox etdi keşməkeş,
Əlindən öpdü Fatimə-anası, yəbnəl-Əsgəri!
Görüb ki, Şümr baxmadı sızıltıyla tərənnümə,
Tutub zəbəski, qan gözün çətin gələ tərəhhümə,
Qaçıb əmiri-ləşkərin sorağına, təzəllumə
Ki bəlkə Şümrün əsgilə cəfası, yəbnəl-Əsgəri!
Yetişdi ibn Sədilə müqabil oldu rubəru,
Dedi Hüseyni öldürür bu Şümri-şum fitnəsi,
Müzayiqə gəl eyləməüzündə olsa abiru
Məgər qoyardı başda Rey həvası, yəbnəl-Əsgəri!
Buyurdu heç yadında var babam Əli xilafəti,
Vuran zaman vücuduna hüdude şəri- zərbəti,
Çıxıb yadından ey əcəb Hüseynimin vəsatəti,
Deyib bu dərdə olmadı dəvası yəbnəl-Əsgəri!
Yetişdi onda bir nəfər şitabilə sərasimə,
Dilində əl-bəşarə və ürəkdə xovfu-vahimə,
Əmir müjdə ver tapıb Hüseynin əmri xatimə,
Pozuldu onda əmmənin nüması yəbnəl-Əsgəri!
Xanım qayıtdı məqtələ dübarə qəsdi-qürbətə,
Təvafi-nafi Kəbəyə fəziləti-ziyarətə,
Öpüb kəsik boğazını gəlib kəmali-riqqətə,
Təkan verib Mədinəyə bükası, yəbnəl-Əsgəri!
Həmin Hüseyndi bu baba, anam çəkərdi nazını,
Sinəndə əyləşib sənə deyərdi hər niyazını,
Həmin Hüseyndi görmüşəm öpəndə sən boğazını,
Dedi-dedi ucaldı hey nəvası, yəbnəl-Əsgəri!
Cavab gəldi Zeynəbə çox eyləmə fəğan, bala,
Gərək bu qan belə qala, gələ o qan alan, bala,
Gətirdi şurə Zeynəbi bu söz, çağırdı can bala,
Hayandasan Hüseynimin balası, yəbnəl-Əsgəri!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər