Allah xatirinə dərs verirdim |
Müəllif: L-e-y-l-a | Bölmə: Məqalələr | Vaxt: 17-12-2015, 00:12 | Şərh sayı: (0) | Baxılıb: 315
Allah xatirinə dərs verirdim
Şeyxin şagirdlərindən biri onun dilindən belə nəql edir: Mərhum Ayətullah Bürucerdinin cənazəsinin dəfn mərasimində çoxlu adam iştirak etdi və onu çox əzəmətlə dəfn etdilər. Bərzəx aləmində ondan soruşdum ki, necə oldu ki, bu qədər əzəmətlə yad edildiniz? Buyurdu: Bütün tələbələrə Allah xatirinə dərs verirdim.
Allah bizim işimizi düzəltdi
Şeyxin müridlərindən biri ondan nəql edərək belə deyir: Oğlumun adı əsgəri xidmətə çağırılanların içərisində idi. Onun işinin ardınca getmək istəyirdim ki, bir qadınla bir kişi öz ixtilafını həll etmək üçün mənim yanıma gəldilər. Mən onların çətinliklərini həll edib, barışıq yaratmaq üçün qaldım. Günortadan sonra oğlum gəlib dedi: Paliqonun yanına çatanda şiddətli baş ağrısına düçar oldum, başım şişdi. Həkim məni müayinə etdikdən sonra əsgəri vəzifədən azad etdi. Paliqondan çölə çıxan kimi, sanki o şiş yox imiş kimi bir əsər-əlamət qalmadı.
Şeyx axırda əlavə etdi ki: Biz getdik camaatın işini düzəldək, Allah da bizim işimizi düzəltdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər