ESL FƏDAKARLIQ BAX, BUDUR. |
Müəllif: EBU_ISAK | Bölmə: --- | Vaxt: 21-09-2013, 11:41 | Şərh sayı: (2) | Baxılıb: 1518
ESL FƏDAKARLIQ BAX, BUDUR.
Əsl fədakarlıq bax, budur...
Qanlı və qızğın döyüşlər gedirdi...
Əsgər, ən yaxşı dostunun bir az irəlidə qanlar içində uzandığını gördü. Başını bir saniyə belə sipərdən çıxara bilməyəcək dərəcədə güllə yağmuru var idi. Əsgər komandirinə yaxınlaşıb:
- Qaçıb dostumu götürüb gələ bilərəm?
Komandir heyrət içində səsini yüksəltdi:
- Dəlisən sən? Dostun bəlkə də artıq ölüb artıq. Həyatını təhlükəyə atma. Getməyə dəyməz.
Gənc əsgər israr etdikdə komandir:
-Yaxşı, get onda...
Əsgər o qorxunc atəş yağışının altında dostuna çatdı. Onu belinə aldı və qaça-qaça geri döndü. Birlikdə sipərin içinə yuvarlandılar. Komandir qanlar içində olan əsgəri müayinə etdi. Sonra onu gətirən dostuna baxdı:
- Sənə demişdim axı dəyməz. O, artıq ölüb...
Əsgər göz yaşlarına boğulmuş halda dedi:
- Dəydi yenə də, komandirim, dəydi...
- O, ölüb, görmürsən?
- Yenə də dəydi. Mən onun yanına çatanda o, hələ ölməmişdi. Onun son sözlərini eşitmək dünyaya dəyərdi, həyatıma dəyərdi.
Və hıçqıraraq dostunun son sözlərini təkrarladı:
- Gələcəyini bilirdim.... - dostu demişdi...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər