Ruqəyya-Gecə yarısı... |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 30-12-2015, 23:09 | Şərh sayı: (0) | Baxılıb: 602
Ruqəyya-Gecə yarısı...
Şamın xarabasında gecə yarısı həzrət Rüqəyyə atasını bəhanə edir. Hamı yuxudan oyanıb, onun bərk ağladığı üçün bir yerə yığılırlar və o qızı araya alıb təsəlli verirlər. Lakin o qız heç cür sakitləşmir, atasını bəhanə edir və deyirdi: Elə indicə atam yanımda idi, məni dizinin üstə oturtmuşdu, başıma əl çəkib, nəvaziş edirdi. Bibican, o mənim üzümdən öpdü və mənə təskinlik verirdi. Bibican mən atamı istəyirəm, mən atamı istəyirəm...
O qədər ata, ata dedi, ağlayıb, nalə etdi ki, onun ağlamaq səsi Yezidin sarayına çatdı. O məl’un gecə yarısı imam Hüseynin (ə) mübarək başını xarabaya aparmağı əmr etdi. Neçə nəfər mə’mur əllərində bir neçə şam tutaraq, başı teştə qoyub, üstünü örtərək xarabaya gətirdilər.
Nazdanə üzünü həzrət Zeynəbə (ə) tutub dedi: Bibi mən xörək istəmirdim, mən atamı istəyirəm...
Bibi Zeynəb, dedi: Sənin istədiyin o örtüyün altındadır. Həzrət Rüqəyyə (ə) örtüyü qaldırdı, atasının qana boyanan kəsilmiş başını gördü və ürəyinin yarası təzələndi. Təkcə o qız yox, bəlkə hamısı bunu görəndə ağlayıb, şivən etdilər. Həzrət Rüqəyyə (ə) o başı götürdü, əvvəl onu iylədi və öpdü... Ata harada idin? Ata sən meydana gedərkən, alnın salamat idi, kim sənin nurani alnını sındırıb? O, atasının yaralanmış alnından öpdü. Ata saqqalın niyə qana və külə boyanıb?
Sonra atasına giley etməyə başladı: Ata üzümə bax, bu göyərən yerlər düşmən silisinin yeridir. Ata, bədənimə bax, o qədar taziyanə vurublar ki, qaralıb. Ata ayaqlarıma bax, tikanla dolub. Ata təsəlli və nəvaziş əvəzinə, məni sili ilə sakitləşdirirdilər. O qədər ata, ata etdi ki, daha səsi kəsildi. Tarixə əsasən onun anası da xarabada idi. Anası gəlir, onu nə qədər çağırır ki, qızım, ürəyimin meyvəsi, qalx, amma daha Rüqəyyədən (ə) səs gəlmir. Nə qədər tərpədirlər, tərpənmir. Atasının başını sinəsinə almış halda, dünyanı vida etmişdi.
Bədənə bədənə qüsl verib, kəfənə bükmək üçün ğəssalə gətirdilər. Bədəni qüsl və kəfən üçün hazırladılar. Qadınlar və uşaqlar bu səhnəni müşahidə edərkən, nalə və şivən səsləri ucaldı. Ğəssalə, həzrət Rüqəyyənin (ə) bədənini görən kimi qüsl etməkdən əl çəkib dedi: Bu əsirlərin başçısı kimdir?
Həzrət Zeynəb (ə) buyurdu: Nə istəyirsən?
Ğəssalə dedi: Bu qız hansı xəstəliyə tutulmuşdu ki, bədəni belə qaralıbdır?
Həzrət Zeynəb (ə) buyurdu: Ey ğəssalə, o xəstə deyildi. Bu qaralan yerlər düşmənlərin taziyanələrinin və zərbələrinin yeridir.
Hamılıqla ağlamağa başladılar. Ğəssalə qadın da nazdanənin zəif və yaralı bədənini yuyarkən gözlərindən yaş axırdı.
Əhli beyt (ə) Şamdan Mədinəyə qayıdarkən Şamın qadınları qara geyərək, onları yola salırdılar. Hər tərəfdən onların nalə və ağlamaq səsləri gəlirdi və əhli beyt (ə) ilə vidalaşırdılar. Zeynəbi Kübra (ə) bu fürsətdən çoxlu istifadələr etdi: o cümlədən, vida vaxtı, birdən başını gəcavədən çölə çıxartdı və xitab etdi: Ey Şam əhli, bu xarabada bizdən bir əmanət qalıb. Hər vaxt onun qəbrinin kənarına getsəniz (o bu diyarda qəribdir) məzarının üstə su səpin və qəbrinin kənarında çıraq yandırın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər