Şiəlik İmam Həsən Əsgəri (ə) dönəmində |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 28-03-2016, 22:58 | Şərh sayı: (0) | Baxılıb: 383
Şiəlik İmam Həsən Əsgəri (ə) dönəmində
İmam Rza (ə) Xorasana gəldikdən sonra ələvi seyidlər fəqrli səbəblərdən müxtəlif bölgələrə hicrət etdilər. Bu mühacirət İraqda ələvi və şiələrə təzyiqin şiddətləndiyi zaman daha da genişləndi. Şiələr çarəsizlikdən daha təhlükəsiz bölgələrdə yaşamağa can atırdılar. Ərəbistan, əməvi təfəkkür tərzinin hakim olduğu halda onlar üçün təhlükəsiz ola bilməzdi. Lakin şərqdə xüsusilə İranda onların yaşaması üçün daha uyğun şərait mövcud idi. Bu üzdən şiələrin böyük əksəriyyəti İrana hicrət edib ucqar kənd və şəhərlərdə yaşamağa başladılar.Şiələrin bir-biri ilə əlaqə saxlamalarına böyük ehtiyacları var idi. Çünki onların sağ imamı var idi. Bu yolla dini suallarına cavab alır, ictimai, siyasi problemlərin həlli yollarını öyrənirdilər. Bu məqsədə çatmaq üçün müxtəlif yollardan istifadə edirdilər. Xüsusi hazırlanmış adamları İmamın (ə) yanına göndərir, həcc mərasimi zamanı Mədinəyə imamı (ə) görməyə gedir və ya məktublaşırdılar.Nişapurda çoxlu sayda şiə yerləşmişdi. Onların imamla (ə) yaxın əlaqələri var idi. Ümumiyyətlə, III-IV əsrlər tarixində İranın şərqi ilə bağlı bir çox məşhur alim və səhabə adına rast gəlirik. Bu görkəmli şəxsiyyətlərdən biri Fəzl ibn Şazandır. Onun, imamların (ə) səhabələri və şiə alimləri arasında özünəməxsus yeri var. Nişapurdan başqa Beyhəq, Səmərqənd və Tus da şiələrin çoxluq təşkil etdiyi şəhərlərdən idi.İmamla (ə) əlaqə vasitələrindən biri də vəkillər idilər. Parlaq keçmişə malik olan, öncəki imamlarla (ə) və ya müasir imamın (ə) özü ilə möhkəm əlaqələri olan şiələr hədis baxımından şiələrin dayağı hesab edilir və "vəkil” seçilirdi. Məlum yolla imamla (ə) əlaqə saxlanılması şiələrin dirçəlişinə, əhli-sünnə arasında itib-batmamasına səbəb oldu.Şiə təlimləri hədislər şəklində Səmərqənd və Keşş kimi ən ucqar nöqtələrə belə çatdırılırdı. Bu bölgələrin mətkəzdən kənar olmasına baxmayaraq, orada böyük elm xadimləri yetişmişdir. İmamlar (ə) tərəfindən göndərilən elçilər və faydalı məktublar ucqarlıq problemini aradan qaldırırdı.İmamla (ə) əlaqə vasitələrindən biri də şiələr tərəfindən imamın (ə) yanına göndərilən seçilmiş şiələr idi. Cəfər ibn Şərif Cürcanidən nəql edildiyinə görə, o, deyir: "Həcc səfərində Samirədə imamın (ə) yanına getdim. Dostları tərəfindən onun üçün göndərilmiş pulu ona vermək istədim. Mən bir söz deməzdən öncə imam (ə) buyurdu: "Özünlə gətirdiyini xadimim Mübarəkə ver”.1Bu dönəmdə də Qum şiələrin məskunlaşdığı başlıca şəhərlərdən idi. Onlar hələ İmam Sadiqin (ə) dönəmindən başlayaraq imamlarla (ə) sıx əlaqədə idilər. Əhməd ibn İshaq ibn Abdullah Əşəri İmam Həsən Əsgəri (ə) ilə sıx əlaqəsi olan görkəmli şəxsiyyətlərdən idi. İmam Həsən Əsgəri (ə) onu etimadlı şəxs kimi təqdim edirdi. O, imamla (ə) şiələr arasında əlaqə yaratmaq üçün istifadə edilən vəkalət sistemi, xüsusilə şəri vergilərin yığılmasında böyük rol oynayırdı.Samirədə, Bağdad və Mədinədə şiələr xeyli sayda artmışdılar. Çox güman ki, Mədaində şiəliyin təməlini qoyan Salman Farsi olmuş, sonradan isə Hüzeyfə ibn Yəman eyni xətti davam etdirərək möhkəmlətmişdir. Həmin illərdə Kufə də şiəliyin mərkəzlərindən biri olmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər