Şam yolunda həzrət Rüqəyyənin (ə) həzrət Zeynəbə (ə) ürək sözləri |
Müəllif: Admin | Bölmə: Poeziya | Vaxt: 25-12-2015, 12:08 | Şərh sayı: (0) | Baxılıb: 3551
Şam yolunda həzrət Rüqəyyənin (ə) həzrət Zeynəbə (ə) ürək sözləri
Buyur əmmə, Şimri sitəmgərə mən zarə silsilə vurmsın
Babamın ğəmi bəs olur mənə, daxi yarə bu dilə vurmasın
Nədi cürmim axər ey əmməcan məni Şümr, ya Sənan vurar
Atasız qıza bu qəraridir üzə əlində fəğan vurar
Həm ölüb atam, həm Əkbərim ürəyimdə yoxdi təvan vurar
Edəndə nalə yətim uşaq düşər ərşə zəlzələ vurmasın
Degilən qabardır ayaqlarım bu yolu piyadə gedəmmirəm
Əli Əkbərin başın görürəm cidadə gedəmmirəm
Anam ağlır, Əkbərin oxşayır ğəm olur ziyadə gedəmmirəm
De bu qövma Əkbərimin başın anamın müqabilində vurmasın
Görürəm baba başın dayanammıram, edirəm fəğan
Necə gör saralmışam əmməcan, zibəs incidir məni sariban
Gecə-gündüz ağlaram ahilən nə qədri bu cismidə vardı can
Yetişincə bari əcəl başa, de bu sariban hələ vurmasın.
O qədri bəla mənə üz verib dəxi əmmə, qalmadı məndə tab
Kim olub mənim kimi xuncigər kimə zülm olub belə bihesab
Ayağım qabardı sızıldar, kəsib əmmə qollarımı tənab
De bu Şimrə, rəhm eləsin dəxi yetib iş müşgülə vurmasın
Bu qədri cəfa, sitəmləri necə bir yətimə rəva görür
Baxır əmmə nizədə Əkbərim, mən edəndə ah-o-nəva görür
Kəsilibdi çarəmiz əmməcan, bu qədri cəfani Xüda görür
De bari bu Xuli kafirə, atama edim giley vurmasın
Ayağım qabardı qaçammıram bu nə silsilə, nə tənabidir ?
Bilisən ki, rəhm yətimlərə hər millət içrə səvabidir
Gedib əldən izzət-o-şokətim ürəyim yanıbdı kəbabidir
Mən Əli Əkbərə aşiqəm, o salıb məni çölə vurmasın
Yetişincə Şamə yəqindir məni belə zülmlər öldürür
O qədri ki, Şimr, Sinan vurar üzümə bu sililər öldürür
Üzə sili başimə əmməcan vurulur bu qəmçilər öldürür
Gedib ixtiyar-o-təvan dəxi yetişincə mənzilə vurmasın
Bu sitəmlə yolda gər ölməsəm , ölərəm o Şamidə bil yəqin
Qayıdam Mədinəyə bir də mən gəlir xəyalimə çox çətin
Nəzərindən salıbdılar əmmə məni Əkbər ilə babam Hüseyn
Niyə bəs cidadə babam demir məni sariban belə vurmasın
Yetir axirə sözü «Nazima» dəxi vermə çox da kəlamə tul
Bəs olur təmam günahüvə əgər olsa bircə sözün qəbul
Gətirəndə məhşərə eyləməz bu xanım Rüqəyyə səni məlul
Deyəcəkdi, Nazimin əmrini babasın de müşgülə vurmasın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər