Haqq örtülə bilməz!!! |
Müəllif: Admin | Bölmə: Poeziya | Vaxt: 1-01-2016, 20:25 | Şərh sayı: (0) | Baxılıb: 2922
Haqq örtülə bilməz!!!
Bağışlayan və Mehriban Allahın adı ilə.
İllər var idi etdilər alimləri sürgün,
Doldu quyular oldular edam və didərgin.
Fikr etmə gələr Hüccəti Qaim ilə bir gün,
Qoymaz düşə o dinini, Quranını həbsə.
Alim həmişə xalqa əmanətdi,əmanət,
Elmə, Vətənə, Millətə zinətdi o zinət.
Hər kəs ki, edə alimə, dindarə xəyanət
Bilsin ki,salıb cümlə müsəlmanını həbsə.
Gəl istəsə zalim qala, salim qala bilməz,
Zeynəbdən ala bayrağı zalim ala bilməz.
Başından Hicabın sala zalim, sala bilməz,
Razı ola Əbbas sala nadanını həbsə.
Qan tökmək ilə həbs ilə haqq örtülə bilməz,
Zülmə boyun əyməylə bu xalq qurtula bilməz.
Yaltaqlıq ilə zülmün üzü yırtıla bilməz,
Göndər sən özün iblisi şeytanını həbsə.
Əvvəl var idi bircə yezid bircə zülümkar,
İndi nə qədər istəsən aləmdə yezid var.
Vardırsa Huseyn rahı gedən bax ey əzadar,
Gördükdə salır, çakəri sultanını həbsə.
Bax hadiseyi Kərbubəlada necə oldi,
Yer göy o yezid zülmi ilə daşadı-doldi.
Zülm ilə İmamət bağının gülləri soldi,
Saldırdı yezid itrəti Quranını həbsə.
Ya Rəbb bizi zəvvar elə sən qəbri Huseynə,
Mehman elə cahitləri sən şəhri Huseynə.
Sirab elə bu qəlbləri sən mehri Huseynə,
Qoyma sala bu can ilə cananını həbsə.

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər