Hicab Əmanətdi |
Müəllif: Hicab Delisi | Bölmə: Hicab | Vaxt: 7-11-2014, 00:34 | Şərh sayı: (4) | Baxılıb: 6630
HİCAB ƏMANƏTDİ
Anamız Həzrəti Zəhradan əmanətdi hicab,
İki dünyadə hicab əhlinə zinətdi hicab.
Hicab hər möminənin ismətidi, iffətidi,
Adını, mənliyidi, namusudu, qeyrətidi,
İzzidi, şənidi, ülviyyətidi, şövkətidi,
Ele ferz eylə xanım güldü, təravətdi hicab
"Saxlıyın məndən əmanət" dedi Zəhra hicabı,
Kərbəlada qorudu Zeynebi-Kübra hicabı,
İndi əfsus qalıb əllərdə Rüqəyya hicabı,
Ya şərafətsiz ömürdü, ya şəhadətdi hicab.
Zalima, Allaha bax, Tanrıya bax irşad ol,
Əmri-xəllaqə itaətdə bulun munqad ol.
Ey deyən kəs qızına "Taxma hicab, azad ol"
Sən biqeyrət nə bilirsənki nə qeyrətdi hicab
İstəsən Tanrı yolunda olasan şəni əziz,
Pərdəyi-isməti cəhd eyləginən saxla təmiz.
Ta bu əxlaq ilə ol Həzrəti Zəhrayə kəniz,
Onun al dərsi-həya gör nə səadətdi hicab.
Keçdi Zeynəb o zaman yeddi igid qardaşdan,
Gəldi fəryadi-nəva səsləri dağdan, daşdan,
Yenedə açmadı amma ki hicabın başdan,
Ey bacım, bax yola gəl rahi-hidayətdi hicab.
Olma yırtılmış həya pərdəsi, şeytan nökəri,
Keç ədəb məktəbin ol bəxtəvərin bəxtəvəri.
Tək hicab əhlinin üstündədi həqqin nəzəri,
Həm bu dünyadə, həm üqbadə şərafətdi hicab.
Anamız Həzrəti Zəhradan əmanətdi hicab,
İki dünyada hicab əhlinə zinətdi hicab.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər