Çox qarışmışdır zaman, dünyanı Allah saxlasın... |
Müəllif: L-e-y-l-a | Bölmə: Poeziya, Slide | Vaxt: 20-12-2015, 23:08 | Şərh sayı: (0) | Baxılıb: 2850
Çox qarışmışdır zaman, dünyanı Allah saxlasın...
Çox qarışmışdır zaman, dünyanı Allah saxlasın
Söz qanan, söz anlayan insanı, Allah saxlasın.
****************************************
Az qalıbdır mə'rifət, vicdan, sədaqət, dəhrdə
Az da olsa, sahibi-vicdanı Allah saxlasın.

Əksəriyyət, öz-özündən razıdır Qarun kimi
Ol təkəbbürdən dogan tügyanı, Allah saxlasın.
******************************************
Xalq adından indi, çoxdur öz adın təblig edən
Sidq ilə yurdun sevən mərdanı, Allah saxlasın.
*****************************************
Ol qədər həddin aşıbdır ki bəşər, qorxum budur
Üz verə Nuhun yenə tufanı, Allah saxlasın.

Adəm oglu, bir-birin rəhm etmədən qırmaqdadır
Kortəbii baş verən üsyanı, Allah saxlasın.
*********************************************
Tapsa vəhdət millətim, qəlbim fərəhdən məst olar
Qıl dua Talib, Azərbaycanı Allah saxlasın.
***************************

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər