Qəlbisınıq insanın çağırışına diqqətsizlik |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-09-2015, 18:21 | Şərh sayı: (0) | Baxılıb: 361
Qəlbisınıq insanın çağırışına diqqətsizlik
Maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər hansı bir müsibətə düçar olmuş insanın fəryadına səs vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın səsinə səs verməmək müsəlmanlığa, insanlığa sığmayan bir işdir.
Şərik deyilsənsə özgə qəminə
Heç ümid bağlama vüsal dəminə.
İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs müsəlmanların işinə yarımadan sübhü açarsa, müsəlman deyil». Öz din qardaşına yardım və onun fəryadına çatmaq Allah əmri, Peyğəmbər (s) və imamların (ə) sifarişidir.
İmam Sadiq (ə) buyurur: «Allah möminin qəm-qüssəsini aradan qaldıran kəsin axirət qəm-qüssəsini aradan qaldırar. ... Möminin aclığını doyuran kəsə Allah behişt meyvəsi yedirər. Möminin susuzluğunu şərbətlə yatıran kəsin susuzluğunu Allah «rəhiqi məxtum» ilə yatırar».
İmam (ə) başqa bir hədisdə belə buyurur: «Hər kəs çətinlik zamanı mömin qardaşının fəryadına çatıb, onun qüssəsini aradan qaldırsa və ona istəyinə çatmaqda yardımçı olsa, Allah onun üçün 72-rəhmət yazar ki, birini dünya işlərinin həllinə ayırıb, 71-ni qiyamət qorxusu üçün ehtiyat saxlasın».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər