İşçiləri platformadan təxliyyə edən neftçi danışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-12-2015, 21:43 | Şərh sayı: (0) | Baxılıb: 323
İşçiləri platformadan təxliyyə edən neftçi danışdı
"Günəşli" yatağında baş verən yanğından sağ çıxan 10-cu platform özülünün rəisi Allahverdi Məmmədov ANS-ə danışdı.
Allahverdi Məmmədov ilk öncə yanğın baş verən ərazidə 63 nəfərin olduğunu bildirib:
"Həmin gün güclü külək var idi. Dalğanın hündürlüyü 10 metrə qədər qalxırdı. Hadisə baş verəndə biz çıxılmaz vəziyyətdə qaldıq. Özüm kimi inanadığım təhlükəsizlik mühəndisi Mahal müəllimə dedim ki, insanlara kömək etmək lazımdı. İnsanlar da artıq getməyin vacibliyini deyirdilər. Mən belə güclü küləyi 2014-cü ildən sonra ilk dəfə idi ki, görürdüm. Bizə tapşırıldı ki, işçiləri butkalarda tək qoymayın onları yaşayış blokuna çağırın. Mən tez bütün operatorları yaşayış blokuna çağırdım, orada elektriki kəsdim. Yüksək təzyiq, dalğa boruda baş verən nasazlığı artırdı. Qısa zaman da yanğın bütün platformanı bürüdü. Mən dərhal rəhbərliyə xəbər verdim ki, özülə daxil olan kəmərləri bağlasınlar. Çünki, artıq platforma yanırdı. Lazımi bütün tədbirlərə əl atsam da güclü külək, yanğının durmadan artması buna imkan vermədi. Rəhbərliyə məlumat verdim ki, insanları dərhal evakuasiya edirəm. Çünki, başqa yolum yox idi".
Allahverdi Məmmədov hadisə zamanı heç ailəsilə əlaqə saxlamayıb. Bunun səbəbini isə belə izah etdi:
"Mən hər kəsə tapşırdım ki, mümükün qədər hər kəs evlə az əlaqə saxlasın ki, telefonun enerjisi bitməsin. Mən özüm də ailəmə zəng vurmadım. Onsuzda bir şey olsa hardansa eşidəcəklər. Həm də bütün rəhbərlik mənə zəng vurur, məndən xəbər alır. Telefonu bunun üçün saxladım. Öz telefonumun enerjsi bitəndə bütün nömrələri yoldaşlarımın telefonuna köçürtdük ki, bizi axtaranda tapa bilsinlər. Çaşqınlıq yaratmamaq üçün Mahal müəllimlə insanları qayığa endirdik. Sonda isə biz ikimiz qayığa mindik".
Özündə həyəcan yartmayan Allahverdi Məmmədovun tək istəyi insanlarda çaşqınlıq yaratmamaq və bacardığı qədər onların təhlükəsizliyini təmin etmək olub. "BP"dən göndərilə gəmiyə minə bilməyəndə isə onun keçirdiyi ömür yolu gözünün önünə gəlib və düşünüb ki, bu sonudur. İki övlad atası olan özül rəisi bu an qızını düşünüb və Allahdan övladı üçün bağışlanmağını diləyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər