Bu fikri səsləndirənlərin əhli-sünnədən olmalarına inanmıram - ilahiyyatçı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 22-12-2016, 23:19 | Şərh sayı: (0) | Baxılıb: 421
Bu fikri səsləndirənlərin əhli-sünnədən olmalarına inanmıram - ilahiyyatçı
Xəbər verdiyimiz kimi, dünən Türkiyənin TRT1 telekanalında “Pelin Çift ilə gündəm ötəsi” verilişində məzhəbləarası gərginliyin yaradılmasına yönələn və İslam məzhəblərindən biri olan şiəliyi təhqir edən fikirlər səsləndirilib. Efirə gedən bəzi iddialar barədə fikir almaq üçün Bakıdakı “Qasımbəy” məscidi imam-camaatı, ilahiyyatçı Samir Ağayevə müraciət etdik:
- “Pelin Çift ilə gündəm ötəsi” verilişində iddia olunub ki, şiələrin hamısı Aişəni və ilk 3 xəlifəni söyür, Quranın təhrif edilməsinə inanırlar, sünniləri isə müşrik sayırlar...
- Bunların hamısı əsassız fikirlərdir, böhtan və şər xarakterlidir. Şiənin tarixi, fiqhi, təfsiri kitablarına müraciət etməklə də açıq-aşkar görmək olur ki, kəlimeyi-şəhadəti deyən istənilən şəxs müsəlman hesab olunur, onların malı-canı möhtərəmdir, onların ehtiram qoyduğu müqəddəslərini təhqir etmək qəti qəbuledilməzdir. Hətta Quranda buyururlur ki, bütləri belə söyməyin, onlar da bilmədən sizin Allahınızı söyərlər. Belə bir ayə ola-ola biz necə müsəlmanların müqəddəs bildiyi insanları təhqir edə bilərik?! Təbii ki, hər iki tərəfdə radikal əqidəli şəxslər, qruplar ola bilər, amma bunlar fərd olaraq qəbul edilməlidir. Bu heç də o demək deyil ki, həmin məzhəbin fikri elə belədir. Həm əhli-sünnədə, həm də şiədə öz şəxsi mənafeyindən çıxış edən insanlar var, ancaq bu həmn məzhəbin görüşü olduğu demək deyil, təbii ki. Bütün alimlərimiz, müctehidlərimiz əhli-sünnənin müqəddəs saydığı şəxsləri, həmin idealogiyanı təhqir etməyi haram bilir. Hətta nəinki sözdə, hərəkətlərində belə onları təhqir etmək yolverilməzdir, bu düşmən əlinə bəhanə vermədkir. Belə bir faktı da xatırladım. İŞİD İraqa hücum edəndə və sünni kəndlərini viran qoyanda, sünniləri qətlə yetirəndə İraqın ən nüfuzlu müctəhidi ayətullah Sistani cihad fətvası verərək xalqı ayağa qaldırdı, daha böyük faciənin qarşısını aldı. Hal-hazırda İslam ümmtinin birləşməyə, vəhdətdə olmasına daha çox ehtiyac var, bütün müsəlmanlar qardaşdırlar, onların canı-malı, QANI möhtərəmdir. Hamımız bir Peyğəmbərin ümmətiyik, bir Quranın mənsublarıyıq, Allahımız bir, qibləmiz bir, namazımız bir, orucumuz bir... Bütün alimlərimiz bu baxışdan çıxış edirlər. Təbii ki, sünni-şiə təfriqəsi yaradanlar düşmənin İslamı, müsəlmanları parçalamaq üçün muzdurlarıdırlar. Onlar bilərəkdən və ya bilməyərəkdən düşmənə xidmət edirlər. Bu cür sözlər yolverilməzdir, bizlər də moziələrimizdə, yazılarımızda, sosial şəbəkələrdə müraciətlərimizdə sünni-şiə vəhdətinə çağırış edirik, onarın daha da mehriban olmasına çox önəm veririk. Şiə məzhəbinin görüşü bu cürdür.
- Verilişdə şiələri hətta kafir elan ediblər, iddia olunub ki, şiələr imam Əlini (ə), nəuzubillah, Allah sanır...
- Nə şiələr Həzrət Əlini (ə) Allah sanır, nə də heç bir əhli-sünnə alimi, imamları şiələri kafir hesab etmirlər. Onların da fikrinə görə, kəlimeyi-şəhadəti deyən şəxs müsəlmandır. Şiəni kafir hesab edənlər xəvariclər, nasibilər ola bilər. Hal-hazırda vəhhabi terror qruplaşmalarını görürük ki, onlar tək şiəni deyil, sünnini də kafir hesab edirlər. Bu fikri səsləndirənlərin əhli-sünnədən olmalarına inanmıram, onlar əhli-sünnə adı altında gizlənmiş İslam düşmənlərinin muzdurlarıdırlar və ya təkfirçi xəvaric, vəhhabi qruplarıdırlar. Heç vaxt əhli-sünnə fiqhi şiəyə kafir gözü ilə baxmayıb. Həmişə bir yerdə mehriban yaşamışıq, qardaş kimi olmuşuq, biri-birimizin namazlarımızda iştirak etmişik. Əsassız sözlər, fikirlərdir.
- Sözügedən verilişdə Suriya hadisələri, xüsusən də Hələbdəki son döyüşlər sünni qırğını kimi qələmə verilib...
- Təbii ki, düşmən çalışdı ki, təbliğat vasitələri ilə, kütləvi informasiya vasitələri ilə bu görünütünü yaratsın ki, guya Suriyada sünni-şiə davası gedir. Bunun üçün Suriyda döyüşən radikal təkfirçi qüvvələrdən istifadə olundu. Onlar ölkəyə gətirilən kimi dinc şiə əhalisini qırmağa başladılar ki, əks cavab olsun və münaqişə məzhəb qarşıdurması istiqamətinə getsin. Müəyyən qədər bu görüntünü yarada da bildilər. Amma məqsədlərinə nail ola bilmədilər. Suriya orusunun 80 faizini sünnilər təşkil edir. İraqda “Həşdi – şəbi” (Xalq cəbhəsi) qruplarının da 20 faizini sünnilər təşkil edir. Sünni-şiə əl-ələ verib təkfirçilərə qarşı, “Allahu Əkbər” sədaları ilə uşaq başı kəsənlərə qarşı, terrorçulara qarşı vururşurlar. Düşmən qəsdən bu cür təbliğat aparır ki, sünnilərlə şiələri qızışdırıb üz-üzə qoysunlar. Şükürlər olsun ki, hər tərəfdən başbilən, uzaqgörən alimlərimiz fətvaları ilə qardaşlıq nümunələri göstərirlər və əql sahibləri bilirlər ki, Suriyada heç də sünni-şiə müharibəsi getmir, bütün bu iddialar düşmənin hiylələri, təbliğatlarıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər