Nəfsin müsahibəsi |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 26-02-2015, 11:18 | Şərh sayı: (0) | Baxılıb: 517
Nəfsin Müsahibəsi
Hər gecə öz-özünüzlə hesab çəkin. Ey insan, (Allah sənə hər iki dünyanın xeyrini ruzi etsin) səninlə hesab çəkilməmiş özün özünlə hesab çək. Müdir hər gecə öz işçisi ilə hesab çəkdiyi kimi sən də hər gecə yatmaqdan qabaq bu ötən gün ərzində etdiklərini saf- çürük et. Əgər o işlər arasında günahın varsa Allahdan o günahın bağışlanmağını istə və əgər yaxşı bir əməli tərk etmisənsə yerinə yetirməyi qərara al. Əgər süstlük, ğəflət, bekarçılıq, mal zay etmək kimi hallara düçar olmusansa, özünə moizə və nəsihət verməklə nəfsini ədəbləndir və onu itaət etməyə məcbur et. Tacir kimi dəqiq ol, vaxtını zay etmə, ömrü ucuz və ziyanlı qiymətə satma. Əgər vaxtını yaxşı işlərdə sərf etmisənsə buna görə Allaha şükr et və ondan bu işlərin çoxalmasını istə. İmamlardan rəvayət olunur ki, "Hər gün özü ilə hesab çəkməyən şəxs bizim şiələrimizdən deyil. Əgər gün ərzində xeyirli iş görübsə Allahdan bu işin çoxalmağını istəsin və əgər günah iş görübsə Allahdan bağışlanmağını istəyib tövbə etsin”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər