Nəfsin hesabı, əməllərin qiymətləndirilməsi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-05-2016, 19:34 | Şərh sayı: (0) | Baxılıb: 290
Nəfsin hesabı, əməllərin qiymətləndirilməsi

Nəfsin hesabı
Nəfsin hesabı rəvayətlərdə təkid olunmuş və əxlaq alimlərinin böyük diqqət ayırdığı bir məsələdir. Haqqında danışacağımız rəvayətdə də təkid olunur ki, hər kəs öz əməllərini qiymətləndirməli, ən azı gündə bir dəfə əməllərinin hesabını aparmalıdır. Bu iş üçün ən münasib vaxt gecədir. Yatmazdan qabaq gün ərzində görülən işlərin düzgün olub-olmaması barədə düşünmək zəruridir. Buraxılmış səhvləri etiraf edib, onların nəticəsini aradan qaldırmaq barədə tədbir görülməlidir.
İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur: «Ey Cündəb oğlu Əbdullah, bizi tanıyanlara vacibdir ki, hər gündüz və gecədə əməllərinə nəzər salıb özləri ilə hesab çəksinlər. Gördükləri yaxşı işləri artırıb, çirkin işlərə görə bağışlanma tələb etsinlər ki, qiyamətdə rüsvay olmasınlar».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər