Mənfi fikirlərdən necə azad olaq? |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 18-09-2016, 23:08 | Şərh sayı: (0) | Baxılıb: 213
Mənfi fikirlərdən xilas olmaq üçün bir neçə nöqtəyə diqqət etmək lazımdır ki,bunlar aşağıdakılardır:
1. Fikir və təfəkkürümüzü müsbət fikirlərə tərəf çəkək və həyatın müsbət tərəflərini yadımıza salaq: Qurani Kərim bu haqda buyurur: "Və Rəbbinin nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən,ən kamil insaniyyətə,ən kamil ağıla, əzəmətli əxlaqa,peyğəmbərliyin xətm olunmasına,ən dolğun bir dinə, əbədilik Qurana,zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)."(Duha,ayə 11).
2. Çox danışmaqdan çəkinin: Çünki insan bəzən elə insanlarla rəfiq olur ki, onu depressiyaya salır və ona mənfi fikirləri təlqin edir. Danışmaq yerinə zehninizdə olan fikirləri bir kağıza yazın və sonra onları oxuyun. Görəcəksiniz ki,bu mənfi fikirlərin çoxu həqiqətdən uzaqdır.Ona görə də zehninizi onunla məşğul etməyin
3. Diqqətinizi toplamağı təmrin edin: Özünüzə təlqin edin ki, zehninizə daxil olan fikir və xəyalları kontrol etməyi bacarırsınız.Əgər zehninizə daxil olanlara nəzarət etməsəniz,həmin mənfi fikirlər beyninizi istila edəcəkdir. Əksinə, bu fikirləri beyninizdən çıxartmağı təmrin etməyi öyrənin. Əgər diqqətinizi toplamağı bacarsanız, bu fikirlərdən xilas ola biləcəksiniz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər