Mükəmməllik haqqında düşünün |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-12-2015, 00:25 | Şərh sayı: (0) | Baxılıb: 337
Mükəmməllik haqqında düşünün
Mükəmməllik haqqında düşünün. Xəstəlik ahəngdar fikirləri olan insanın bədənində yaşaya bilmir. Bilin ki, mükəmməllik var və onun haqqında daima düşünsəniz onda qaçınılmaz olaraq onu özünüzə çəkəcəksiniz. ‘’Qeyri-mümkün” fikirlər – inamsızlığın, həmçinin xəstəlik, kasıblıq və s bəxdbəxtliklərin səbəbidir. Neqativ düşündükcə biz qanuni mirasımızdan məhrum oluruq. Özünüzə bildirin və yönəldin: “Mən mükəmməllik haqqında düşünürəm. Mən ancaq mükəmməlliyi düşünürəm. Mən mükəmmələm.”
Mən öz bədənimdən bütün keyfiyyət və hərəkətliyin çatışmamazlıqlarını qovuram. Mən bədənimi elastik və mükəmməl körpə bədəninə bənzədərək xəyal edirəm, fikrimi buna yönəldirəm və bütün əzələ yığılmaları, xəstəlik hissləri bədənimdən yox olur. Mən bunu praktiki olaraq bir gündə edə bildim.
Siz artıq bilirsiniz ki, qocalıq haqqında fikirlər şüurumuzda kök salır. Elm iddia edir ki, bədən bütünlüklə bir neçə il ərzində, yəni çox qısa bir zamanda yenilənir. Qocalma prosesi məhdudlaşmış fikirə görə baş verir, ona görə də bu cür fikirləri beyninizdən qovun.
Çox insanlar xəstə olan zaman həmişə xəstəlikləri haqqında danışırlar. Əslində isə onlar daima xəstəliyi düşündükləri üçün, fikirləri verballaşdırırlar. Əgəs siz yüngül halsızlıq hiss edir və daha çox halsız olmaq istəmirsinizsə, onun haqqında danışmayın. Bilin ki, xəstəlik sizin fikirlərnizlə dahada şiddətlənir. Ona görə mümkün qədər çox: “Mən özümü çox gözəl hiss edirəm. Hər şey çox gözəldir” kəlmələrini təkrar edin. Çalışın bunu hiss edəsiniz.
Bu günə kimi, nəyi çağırdığınız və nəyi maddiləşdirdiyiniz önəmli deyil. Siz bunu dəyişə bilərsiniz. Xoşbəxt olmaq üçün xoşbəxtliyi düşünməyə başlayın. Xoşbəxtlik –hissdir, qəlbin ali vəziyyətidir. Barmağınız “ xoşbəxtliyi duymaq” düyməsinin üzərində yerləşir. Elə indicə o düyməni sıxın və ətrafda nə baş verdiyindən asılı olmayaraq həyatınızı dəyişin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər