Azğınlarla ünsiyyətin mənfi təsiri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-05-2016, 22:29 | Şərh sayı: (0) | Baxılıb: 387
Azğınlarla ünsiyyətin mənfi təsiri

İnsan öz etiqadlarına nə qədər bağlı olsa da, başqalarının uyğun əqidəyə qarşı ardıcıl şəkildə şübhə yaratmaq cəhdləri öz təsirini göstərir. İnsan tədricən tərəddüdə düşür. Bu səbəbdən də Qurani-kərim möminləri azğınlarla ünsiyyətdən çəkindirir: "Allah öz kitabında sizin üçün nazil edib ki, Allahın ayələrini inkar edib rişğəndə qoyduqlarını eşidirsinizsə, söhbəti dəyişənədək onlarla əyləşməyin. Çünki bu halda siz də onlar kimi olacaqsınız ...” (Nisa”, 140) Əqidəsində dağ kimi insanlar çox azdır. Onların bəsirəti o qədər güclüdür ki, azğınların şübhə yaradan danışıqları onlara təsir etmir. İnsanların əksəri isə asanlıqla təsir altına düşür. Başlanğıcda şübhələri qəbul etməyən adi insanlar bu şübhələr təkrarlandıqda təslim olurlar. Əgər şübhələr saxta dəlillər və aldadıcı zövqlə təqdim olunursa, qarşı tərəf bir anda ovsunlanır. İmam Hadi (ə) sözün təsiri ilə bağlı buyurur: " Danışanı dinləyən ona bəndəlik etmişdir. Əgər danışan Allahın sözünü danışırsa, dinləyən də Allaha bəndə olur. Əgər danışan şeytanın dilindən danışırsa dinləyən də şeytana bəndəlik edir.”(Biharul-ənvar”, c. 2, bab 14, s. 94, h. 30)
Təcrübədə dəfələrlə müşahidə etmişik ki, ardıcıl vəsvəsələr insanın daxilində şübhə yaradır. Yəni birinci dəfə bəyan olunan şübhə təsirsiz olursa da, eyni şübhə təkrarlandıqda insan əminliyini itirir. Bu səbəbdən də Allah-taala həzrət Musaya əmr edir ki, mənə ibadətdə şərik qoşma. Sonra əmr olunur ki, salehlərlə ünsiyyətdə ol, günahkarlarla ünsiyyətdən çəkin. Əslində bütün bu tövsiyələr bizə ünvanlanmışdır. Çünki həzrət Musa məsum idi və günahkarlarla rabitə saxlamırdı. Uyğun öyüdlər məsələnin ciddi olduğunu göstərir. Araşdırsaq görərik ki, bir çox mənəvi tərəqqi və tənəzzüllər ən yaxın dostumuzun təsirindən qaynaqlanır. Demək, dost seçimində diqqətli olmalı, Allahı yada salan dostlarla ünsiyyət saxlamalıyıq. Daim dünyadan danışan, insanı dünyaya rəğbətləndirən insanlarla ünsiyyətdən çəkinmək lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər