Evə necə daxil olaq? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 16:36 | Şərh sayı: (0) | Baxılıb: 312
Evə necə daxil olaq?
İslam kişilərə göstəriş verir ki, həyat yoldaşı barəsində hər növ ittiham və sui-zəndən, nəfsi tərbiyə etməkdə şeytani fikirlərdən uzaq olsunlar; əgər səfərdə olsalar, qayıdarkən evə gecə daxil olmasınlar, başqa vaxtlarda da evə gələndə mümkün qədər əvvəlcə xəbərdarlıq etdikdən, salam verdikdən sonra evə daxil olsunlar.
İmam Baqir (əleyhissalam) buyurur:
"Hər vaxt sizlərdən biri evə daxil olmaq istəsə, evdə bir kəs varsa, salam verib xəbərdarlıq etdikdən sonra daxil olsun.”
İmam Sadiq (əleyhissalam) bu hədisdə kişinin vəzifələrindən biri kimi qeyd edir ki, birbaşa və xəbərdarlıq etmədən evə daxil olmasın. Hər vaxt evə gəlsə, salam verməklə xəbərdarlıq etsin, ayaqqabılarını yerə möhkəm vurmaqla və ya öskürməklə evə gəldiyini bildirsin, sonra evə daxil olsun. Nəticədə evdə öz istəmədiyi, xoşlamadığı bir şey görməsin.”
Bütün bu qanunlar qurucu və tərbiyəvi yönə malik olub ər-arvadın aramlıq və qarşılıqlı etimad əsasında yaşamasına səbəb olur, bir-birinə qarşı hər növ töhmət və sui-zənndən uzaq edir.
Çünki bədgümanlıq ilə yanaşı olan həyatda aramlıq, səfa-səmimiyyət aradan gedir, həyəcan və dava-dalaş eşq-məhəbbətin yerini tutur. İslam dini bu göstərişi təkcə ər-arvad deyil, başqa şəxslər barəsində buyuraraq deyir ki, "ailələri dava-dalaşa çəkmək, kişi və arvadı bir-birinə bədgüman etmək bütün insanlara haram edilmişdir.”
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: "Üç şey vardır ki, onda düz danışmaq haramdır:
1. söz gəzdirmək,
2. bir nəfərə onun arvadının xoşagəlməz işlər etməsini xəbər vermək,
3. kişinin (öz arvadı barəsində) verdiyi bu xəbəri təkzib etmək.”
Deməli, cəmiyyətdə, xüsusilə ailələrdə sui-zənn son dərəcə təhlükəli bir iş olub böyük günahlardan sayılır. Ailə üzvlərinə və sair insanlara vacibdir ki, ailənin isti ocağının soyumasına səbəb olan bu şeytani sifətdən son dərəcədə uzaq olsunlar. Əgər bir kəs öz arvadını zina ilə müttəhim edərsə, özünün və ya başqalarının namusuna yersiz töhmət vurarsa, onun nameyi-əməlində yazılacaq böyük günahlardan əlavə, həm o dünyada lazımi cəzasına çatacaq, həm də bu dünyada şəriət hakimi tərəfindən cəzalandırılacaq və islamın cəza tədbirləri onun barəsində icra olunacaqdır. Müsəlmanlar gərək belə bir şəxsin şahidliyinə və ictimai məsələlərdəki sözlərinə əhəmiyyət verməyib ona etimad etməsinlər, onu fasiq və dəyərsiz bir adam hesab etsinlər ki, belə şəxsin gözündə dünya qaranlıq zindandan başqa bir şey olmasın, pak qadınlara ləkə yaxmaqdan peşman olsun, ailələrin və insanların heysiyyətini sadalamasın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər