Zürafənin möcüzəli yaradılışı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-08-2016, 19:27 | Şərh sayı: (0) | Baxılıb: 655
Zürafənin möcüzəli yaradılışı
Zürafənin bədən üzvlərinin bir neçə heyvanın üzvlərinə oxşamasına diqqət et. Onun başı at başı, boynu dəvə boynuna, dırnaqları inək dırnağına və dərisi pələng dərisinə oxşayır. Cahil və nadan insanların çoxu Allah barəsində belə bir fikirə gəlmişlər ki, bu heyvan bir neçə heyvanın cütləşməsindən vücuda gəlmişdir. Bu fikir böyük yaradanı tanımayan bir kəsin sözləridir. Çünki onlar bilmirlər ki, hər heyvan hər bir heyvan sinifi ilə yaxınlıq etmir. At, dəvə ilə, dəvə inəklə yaxınlıq etməz. Bəlkə cütləşmə bir cinsdən olan iki heyvan arasında baş verir. Məsələn: Atın eşşəklə yaxınlığından "qatır” əmələ gəlir və ya canavarla kaftarın yaxınlığından "çaqqal” adlı bir heyvan əmələ gəlir. Həmişə belə deyil. Bir heyvan ki, onlardan əmələ gəlir. Məsələn: Zürafə atın, dəvənin və inəyin üzvlərinə sahibdir. Bəlkə onların qarışığıdır. Necə ki, başına, qulağına və dırnaqlarına nəzər salanda, bunların hər iki heyvana oxşarlığını dərk edirik. Hətta qatrın səsi də at və eşşəyin qarışığıdır. Bu cahillərin sözlərinin əleyhinə olan bir dəlildir ki, zürafə bir neçə heyvanın qarışığından əmələ gəlməmişdir. Bəlkə bu yaradılışın bir mö`cüzəsidir ki, Allah-Taalaonda öz qüdrətini qoymuşdur. Həm də bilmək lazımdır ki, O bütün canlıların xaliqidir. Əgər iradə etsə bir neçə heyvanın üzvünü birində cəm edər. O, yaradılışa istədiyini artırar istədiyini azaldar. Bunlar bir dəlildir ki, o hər şeyə qadirdir.
Zürafənin boynu ona görə uzundur ki, bu heyvanın otlağı və inkişafı uzun ağacları olan qarışıq meşələrin arasındadır. Ona görə də o uzun boyuna möhtacdır ki, həmin ağaclarının yarpağını, budaqlarını və meyvələrini yeyə bilsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər