Körpənin ilk dəfə başının qırxdırılması haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-06-2015, 22:02 | Şərh sayı: (0) | Baxılıb: 2440
Körpənin ilk dəfə başının qırxdırılması haqqında
Körpənin başını ilk dəfə qırxan şəxs təcrübəli və zirək olmalıdır.Əgər belə bir şəxs olmazsa körpənin başını atası da qırxa bilər. Yaxşı olar ki, başı yeddi günlüyündə qırxılıb və ad qoyulsun və həmən gün kiçik məclis qurub qoyun kəsib ehsan edilsin. Uşaq yeddi günlüyündə günortadan əvvəl ölərsə başını qırxdırmaq lazım deyil, yox əgər günortadan sonra ölərsə başı qırxılmalıdır.
Bu haqda nəql olunmuş başqa bir hədisdə deyilir:"Körpənin yeddi günlüyündən sonra başı qırxılıb ad qoyulur, qırxılmış tük gümüşə sürtülür və həmən gümüş sədəqə verilir. Yaxşı olar ki, məclis qurub qoyun kəsilsin və qoyunun əl və ayaqları qabiləyə (mama ) ehsan edilsin. Əgər doğuş zamanı qabilə olmayıbsa ət anaya çatacaq və o da istədiyi şəxsə ehsan edə bilər, özü isə bu ətdən yeməməlidir. Əgər qabilə yəhudi olarsa qoyunun dörddə birini yox bu miqdarın dəyəri (qiyməti) ona ödənilir.
Körpənin yeddi günlüyündə kəsilən qurbanlıq dəvə və keçi də ola bilər.Dəvə beş altı illik, keçi iki-üç illik, qoyun isə ən azı 6-7 aylıq olmalıdır. Qoyunun, xayası kəsik, buynuzu sınıq, cütləşmiş, qulağı kəsik və çolaq olmamalıdır. Kəsilən heyvan nə qədər kök olarsa bir o qədər yaxşıdır. Uşaq qız olarsa dişi, oğlan olduqda isə erkək heyvan kəsmək daha yaxşı olar.
Ata və ana ilə birlikdə qalan yaxın qohumlar da (baba,nənə və s.) qurbanlıq ətdən yeməzlər. Heyvanın sümüyü sındırılmadan ətindən ayrılmalıdır.Edilən ehsan bişmiş halda olmalıdır və yaxşı olar ki, ət su ilə bişirilsin. Əgər kəsilən heyvan göstərilən xüsusiyətlərə malik olmasa onun dəyəri miqdarında sədəqə verməyin heç bir faydası yoxdur. Gərək gözlənilsin və heyvan yuxarıda göstərilən yaş həddinə çatsın.
Yaxşı olar ki,məclisə yığılan şəxslərin əksəriyyəti əməli-saleh, imkansız şəxslər olsun.
Qurbanlıq baş qırxıldıqdan sonra kəsilməlidir.Və baş tamamilə qırxılmalı və kəkil saxlanmamalıdır.
Rəvayətlərdən birində deyilir:"Səhabələrdən biri övladını Peyğəmbər (s)-ın yanına gətirib ona dua etməsini xahiş edir. Peyğəmbər (s)-ın uşağın başında kəkil görüb dua etməkdən imtina edir və uşağın başının qırxılmasını əmr edir.”
Körpənin başı qırxıldıqdan sonra yaxşı olar ki,başı zəfəran suyu ilə yuyulsun.
Heyvan kəsmə və baş qırxma mərasimində oxunan dualar:
(Bismillahi və billah.Allahummə əqiqətun (uşağın adı deyilir) ləhmuha biləhmihi və dəmuha bidəmihi və əzmihi və əzmuha biəzmihi Allahumməcəlha viqaə Ali Muhəmmədin ələyhi və alihis-səlam).
Digər bir rəvayətdə buyurur ki,bu duanı oxuyun:
(Bismillahi və billlahi vəl-həmdullillahi vəllahu əkbər iymanən billahi və sənaən əla rəsulillahi vəl-ismətu liəmrihi vəşşukru li rizqihi vəl mərifətu bifəzlihi ələyna əhləl bəyt).
Əgər oğlan olsa bu duanı oxusun:
(Əllahummə innəkə vəhəbtə ləna zəkərən və əntə ələmu bima vəhəbtə və minkə ma ətəytə vəkullu ma sənəna fətəqəbbəlu minna əla sunnətikə və sunnəti nəbiyyikə və rəsulikə (s) vəxsə ənnəş-şəytanər-rəcim ləkə səfəktud-dimaə laşərikə ləkə vəlhəmdu-lillahi-rəbbil-aləmaə əllahummə ləhmuha biləhmihi vədəmuha bidəmihi və əzmuha bi əzmuha bi əzmihi və şəruha bi şərihi və cilduha bi cildihi əllahumməc-əlha viqaən (burda uşağın və atasının adını deməlidir).
Digər bir mötəbər hədisdə buyrulur ki,bu duanı oxusunlar:
(Ya qəvmi inni bəriun mimma tuşrikunə inni vəccəhtu vəchiyə lillaəzi fətərəssəmavati vəl-ərzə həniyfən musslimən və ma ənə minəl-muşrikin innə səlati və nusuki və məhyayə və məmati lillahi rəbbil-aləmin la şəriykə ləhu və bizalikə umirtu və ənə minəl-muslimin. Allahummə minkə və ləkə. Bismillahi və billah vəllahu əkbər. Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və təqəbbəl mini (burada uşağın adı çəkilir)).
Əllamə Məclisi "Möminlərin zinəti"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər