Çəyirtkəyə diqqət edən, tovhidi görər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-02-2015, 16:47 | Şərh sayı: (0) | Baxılıb: 507
Çəyirtkəyə diqqət edən, tovhidi görər
Tövhid və Allahı tanımaq elə mühüm mövzulardır ki, "Nəhcul-bəlağə” kitabının əsl mahiyyətini təşkil edir. İmam Əli (ə) tövhid mövzusuna müxtəlif cəhətlərdən toxunmuş və onu müxtəlif amillərin köməyi ilə sübut etmişdir. İmam (ə) "Nəhcul-bəlağə”də müxtəlif heyvanlara işarə edərək, tövhidi isbat edir.
İmam Əli (ə) ən kiçik heyvanların yaradılışının əsrarəngizliyi haqqında buyurur: "O kəs ki, hətta ən kiçik qarışqa və xırda ağcaqanadlar üçün əl və ayaq xəlq etmiş, ən böyük varlıqlar olan böyük balıqlar, filləri var etmişdir”.
İmam (ə) bizi xilqət aləmi haqqında təfəkkürə və düşüncəyə dəvət edir və insanı vadar edir ki, ən kiçik varlıqlara nəzər salıb, Xaliqin əzəmətini dərk etsin. İmam (ə) çəyirtkəyə işarə edərək buyurur: "Əgər çəyirtkə haqqında danışmaq istəyirsənsə, de ki, Allah onun üçün iki qırmızı göz və iki hədəqə xəlq etmişdir. Ona gizli qulaq və münasib ağız bəxş etmişdir. Allah ona güclü hiss və iki ağız vermişdir ki, (bitkilərin yarpağını) yığa bilsin. İki oraq vermişdir ki, (ağacın budağını) tuta bilsin. Əkinçilər öz tarlalarında ondan qorxarlar. Ancaq onları dəf etməyə qadil deyildirlər. Halbuki, onun bədəninin ölçüsü bükülmüş ovuc qədər deyildir”.
Bəzi alimlərin dediyinə görə çəyirtkə qəribə bir heyvandır. Hər bir bədən üzvü bir heyvana bənzəyir. Üzü - atın üzü kimidir. Gözləri - filin gözü kimidir. Boynu - inəyin boynu kimidir, sinəsi - şirin sinəsinə bənzəyir. Qarnı - əqrəbin qarnı kimidir, qanadları - qartalın qanadı kimidir. Dizləri - dəvənin dizi kimidir, ayaqları - dəvəquşuya bənzəyər. Quyruğu - ilanın quyruğu kimidir. Həqiqətən, bu cür əsrarəngiz xilqəti ancaq Xaliq edə bilər.
İmam Əli (ə) dünyada olan bütün canlıların, eyni zamanda heyvanların bir-birini tamamladığını söyləyir. Varlıq baxımından fərqli olsalar belə eyni zati dəyərə malikdirlər.
İmam (ə) buyurur: "Qarışqanı xəlq edən - həmin xurma ağacanı xəlq edəndir. Bu diqqət və zərafət ona görədir ki, hər bir kiçik və böyük, ağır və yüngül, güclü və güzsüz, müxtəlif canlı varlıqlar hamısı xəlq baxımından Allah üçün eynidir”.
Beləliklə, ətrafımıza bir nəzərə salaq və hər bir xırda və böyük canlıda Allahın tövhid nişanələrini görməyə çalışaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər