Yeri və Göyü yaradan Allah! |
Müəllif: Admin | Bölmə: Slide, Allahşünaslıq | Vaxt: 23-12-2015, 20:35 | Şərh sayı: (0) | Baxılıb: 1224
Yeri və Göyü yaradan Allah!
Qurani Kərim Yaradanın varlığını inkar edənlərə bu ayələri dəlil olaraq gətirir: "Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar".
Bu dəlil ağıllı insanları Yaradanın varlığına iman gətirməyə məcbur edir. Bu ayələr o qədər bəlağətli və təsirlidir ki, onu eşidən hər kəsin qəlbini titrədir. Rəvayət edilir ki, Cubeyr ibn Mutim demişdir: "Mən Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - məğrib namazında "ət-Tur" surəsini oxuduğunu eşitdim. O, oxuyub: "Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?" ayələrinə çatdıqda qəlbim az qaldı ki, uçsun.".
Uca Allahın "Bəlkə, onlar öz-özünə yaranıblar?" ayəsində Yaradanın varlığını inkar edənlərə "Bəlkə onlar Yaradanın iştirakı olmadan yaranıblar?" sualı verilir. Yaradanın iştirakı olmadan yaranmaq mümkün deyildir. Çünki, hər bir yaradılışın Yaradanı vardır. Beləliklə, əgər onlar Yaradan Allahın varlığını inkar edirlərsə və Yaradanın iştirakı olmadan yaranıblarsa, demək, onlar özləri-özlərini yaradıblar. Bu isə daha pis və yanlış bir dəlildir. Axı hələ var olmayan bir şey necə qadir ola bilər və necə yarada bilər? Əgər bu iki iddia yanlışdırsa, onlara Yaradanın varlığını qəbul etmək və Ona iman gətirmək qalır.
Sonra Allah buyurur: "Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar”. Bunları yaratmaq isə qətiyyən onların ixtiyarında deyildir. Bu ayə onların inanclarını tamamilə darmadağın etmiş, bəhanə gətirmələrinə imkan verməmiş və bu mübahisəyə birdəfəlik son qoymuşdur. Hardasa "mən özüm-özümü yaratmışam” deyən inadkar Allahsız adama rast gəlmək olar. Bu inadkarlardan biri diriltməyə və öldürməyə qadir olduğunu iddia etmişdir. Uca Allah Qurani Kərimdə onun barəsində belə buyurur:
"Allahn verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: "Mənim Rəbbim həm dirildir, həm də öldürür!"– dedikdə padşah: "Mən də həm dirildir, həm də öldürürəm!"– demişdi”.
Bəs elə isə İbrahim ona nə cavab vermişdir? İbrahimin ona verdiyi növbəti sual onun ilk idiasının əsassız və yalan olmasını üzə çıxartdı:
"İbrahim: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!"– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz".
Fərz edək ki, kimsə özü-özünü yaratdığını iddia edir. Amma kimsə göyləri və yeri yaratdığını iddia edə bilərmi?
Əgər göylər və yer öz-özünə yarana bilməzsə, əgər insanlar bunları yaratdıqlarını iddia edə bilmirlərsə, demək, bunların hamısının Yaradanı vardır. Bu Yaradan isə sözsüz ki, Uca Allahdır!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər