İmam Zamanla (ə.f) görüşənlər «Altmış səkkizinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-07-2016, 18:23 | Şərh sayı: (0) | Baxılıb: 502
İmam Zamanla (ə.f) görüşənlər «Altmış səkkizinci görüş»

Əllamə Hilli çarəsiz qalıb bir gecəlik də olsa kitabdan istifadə etməyə razılığını bildirir və həmin gecə böyük həvəs və sevinclə kitabı üzündən köçürməyə başlayır. O istəyirdi ki, həmin gecə kitabdan mümkün qədər köçürüb fürsət yarandıqda, onlara cavab versin. Lakin gecə yarısı onu yuxu tutur. Elə həmin an möhtərəm bir qonaq onun otağına daxil olur və onunla söhbətə başlayır. Sonra ona deyir: Əllamə, sən yat, kitabın köçürülməsini mənə həvalə elə.
Əllamə bir söz demədən itaət edir və dərin yuxuya dalır. Yuxudan oyandıqda, nurani qonağından əsər-əlamət görmür. Kitaba nəzər saldıqda isə onun başdan-ayağa köçürüldüyünü və sonda imza olaraq belə bir yazı görür: "Kətəbəhul-Huccə.” (Yazdı Allahın höccəti.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər