İmam Zamanla (ə.f) görüşənlər «Altmış birinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-07-2016, 19:03 | Şərh sayı: (0) | Baxılıb: 461
İmam Zamanla (ə.f) görüşənlər «Altmış birinci görüş»
Bir vəzifə kimi, şiələr təqlid etdikləri müctəhid dünyasını dəyişdiyi zaman alimlər arasından daha bilikli və daha ədalətlisini seçib ona təqlid etməlidirlər. "Cəvahir” kitabının müəllifi mərhum Ayətullah Şeyx Məhəmməd Həsən vəfat etdikdən sonra camaat dini-ibadi məsələlərdə Şeyx Ənsariyə (Allah ona rəhmət etsin) müraciət edib ondan risalə yazmasını istədilər. O isə camaata dedi: Babulda məndən daha elmli olan alimlər ağası Ayətullah Mazandarani olduğu bir halda, mənim risaləm ola bilməz və mən bu işi görən də deyiləm.
Beləliklə, Şeyx Ənsarinin özü Ayətullah Mazandaraniyə məktub yazıb ondan Nəcəf-Əşrəfə gəlməsini və elmi hövzəyə rəhbərliyi öz üzərinə götürməsini istəyir. Ayətullah Mazandarani isə Şeyx Ənsariyə göndərdiyi cavab məktubunda yazır: Düzdür, bir vaxtlar mən Nəcəfdə idim və sizinlə elmi mübahisə və müzakirələr edirdim. Və fiqh elmində sizdən daha bilikli idim. Lakin neçə ildir Babulda olduğumdan, elmi mübahisələr və nəhayət, tədris etmədiyimdən sizi özümdən daha bilikli hesab edirəm. Bunun üçün də xahiş edirəm, mərcə məqamını siz özünüz qəbul edəsiniz.
Şeyx Ənsari göndərdiyi ikinci məktubda yazır: Bu məqama layiq olmadığımı dəqiq bilirəm, amma sərvərim İmam Zaman (ə) mənə bu icazəni verərsə, onda qəbul edərəm.
Bir gün dərs zamanı sinif otağına üzündən böyüklük və vüqar sezilən bir şəxs daxil olur. Şeyx Ənsari həmin şəxsə hörmət və ehtiram göstərir. Sinifə daxil olan şəxs tələbələrin yanında üzünü Şeyx Ənsariyə tutub deyir: Əri bir şəkildən başqa bir şəkilə düşən qadın barədə nə deyə bilərsən? (Bu məsələ müsəlman ümməti arasında mövcud olmadığı üçün heç bir kitabda bu barədə ayrıca fəsil yoxdur). Bunun üçün də Şeyx Ənsari deyir: Kitablarda bu barədə heç bir mə`lumat verilmədiyi üçün cavab verə bilmərəm. O buyurur: Fərz edək ki, belə bir hadisə baş vermiş və belə olduqda, qadın nə etməlidir? Şeyx Ənsari deyir: Əgər o, hələ sağ olarsa, deməli, onun ruhu vardır. Mənim nəzərimcə, heyvan surətinə düşmüşsə, qadın iddə talağı alıb sonra ərə getməlidir. Lakin, əgər daşa dönmüşsə, ölü olduğu üçün o vaxt qadın ölü iddəsi saxlamalıdır.
Bu vaxt o, (İmam Zaman (ə)) üç dəfə bu sözləri "Əntəl-muctəhidu, əntəl-muctəhidu, əntəl-muctəhid!” (Sən müctəhidsən, müctəhidsən, müctəhidsən!) təkrar edir və sinif otağından çıxıb gedir.
Şeyx Ənsari bilirdi ki, həmin şəxs İmam Zaman (ə)-dır və ona müctəhidlik icazəsini vermişdir. Bunun üçün də dərhal şagirdlərə dedi. Tez həmin şəxsi tapın. Amma onlar onu nə qədər axtardılarsa, tapa bilmədilər.
Bundan sonra Şeyx Ənsari camaatın təqlidi üçün risalə yazdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər