İmam Zamanla (ə.f) görüşənlər «Qırx birinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-07-2016, 11:05 | Şərh sayı: (0) | Baxılıb: 341
İmam Zamanla (ə.f) görüşənlər «Qırx birinci görüş»

Ərəb qiyafəsində çox yarşıqlı, alicənab bir seyyid içəri daxil oldu və hər ikisi Bəhrul-Ülumun şəxsi otağına keçdilər. Bəhrul-Ülum böyük hörmət və ehtiramla qapı qabağında əyləşdi.
Onlar iki saata qədər təklikdə söhbət etdilər. Seyyid getmək istəyərkən, Bəhrul-Ülum tez ayağa qalxıb qapını açdı və sonra onun əlindən öpüb həyətdəki dəvəyə mindirdi. Nəhayət, qonaq getdi və özü də otağa qayıtdı. Amma onun rəngi-ruhu tamamilə dəyişilmişdi. Sonra əlindəki qətfəni mənə verib dedi: Apar bunu Səfa dağının ətəyindəki dükanda filan sərrafa ver və nə qədər pul versə, al gətir. Mən də qətfəni götürüb dediyi şəxsin yanına getdim. Həmin şəxs qətfəni görcək, öpüb gözləri üstə qoyaraq dedi: Bir neçə nəfər fəhlə gətir. Elə də etdim. Sonra sərraf onların gücləri çatdığı qədər kisələrə pul doldurub mənə təhvil verdi.
Bir gün qərara gəldim ki, həmin sərrafın yanına gedib həm hal-əhval tutum, həm də ondan qətfə sahibi haqda soruşum. Amma ora çatdıqda, belə bir dükan gözümə dəymədi. Qonşu dükanların birindən onun kim və harada olduğunu soruşdum. Dedi ki, hələ bu vaxta qədər burada belə bir sərraf görməmişdir. Başa düşdüm ki, bu da ilahi sirlərdən və İmam Zaman (ə)-ın bizə lütf etdiyi bəxşişlərdən biri imiş.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər