İmam Zamanla (ə.f) görüşənlər «Altmış ikinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-07-2016, 09:36 | Şərh sayı: (0) | Baxılıb: 402
İmam Zamanla (ə.f) görüşənlər «Altmış ikinci görüş»
"Qəvanin” kitabının müəllifi Mirzə Qumi belə bir əhvalat nəql edir:
Nəcəfdə, tələbə olduğumuz illərdə Əllamə Bəhrul-Ülumla birlikdə Baqir Behbəhaninin dərsinə gedirdik. Biz adətən, keçdiyimiz dərsləri biri-birimizlə müzakirə edirdik və əksər hallarda keçilən dərsləri Seyyid Bəhrul-Ülum üçün də yazırdım. Sonra mən İrana qayıtdım və bir müddətdən sonra Seyyid Bəhrul-Ülum şiə alimləri arasında məşhurlaşmağa başladı. Mən bundan təəccüblənib öz-özümə dedim: Axı onda belə bir iste`dad yox idi və birdən-birə necə belə məşhurlaşdı? Sonralar İraqdakı müqəddəs ziyarətgahların ziyarətinə getdim və Nəcəf-Əşrəfdə Seyyid Bəhrul-Ülumla görüşdüm və onun suallara cavab verdiyi məclisdə iştirak etdiyim zaman doğurdan da elm dəryası olduğunun şahidi oldum. Orada öz-özümə dedim: Doğurdan da onu Bəhrul-Ülum (elmlər dəryası) adlandırmaq lazımdır.
Bir dəfə təklikdə ondan soruşdum. Biz bir yerdə təhsil almışıq və hamı da bunu çox gözəl bilir ki, siz o vaxtlar belə bir iste`dada malik deyildiniz və daim mənim yazılarımdan istifadə edirdiniz. İndi isə Allaha şükürlər olsun, görürəm yüksək elmi məqama çatmısınız. Buyurdu: Mirzə Əbülqasim! Sualınızın cavabı sirr olaraq qalmalıdır, amma sizə deyəcəyəm. Lakin xahiş edirəm, nə qədər ki, mən sağam, onu kimsəyə danışmayın.
Mən də ona bu sirri kimsəyə danışmayacağıma söz verdim. Sonra o dedi: İmam Zaman (ə) məni Kufə məscidində sinəsinə sıxdıqdan sonra, niyə də belə olmasın?!
Onunla necə görüşdüyünü soruşduqda buyurdu: Bir gün Kufə məscidinə getmişdim. İbadətlə məşğul olduğum zaman bir də gördüm İmam Zaman (ə) da orada ibadətlə məşğuldur. Dayanıb ona salam verdim, o da böyük ehtiramla salamıma cavab verdi və ona tərəf gəlməyimi əmr etdi. Mən də bir az qabağa getdim. Amma hörmət və ehtiramını gözləyib ona çox yaxınlaşmadım. Buyurdu: Yaxın gəl! Mən bir neçə addım da qabağa getdim. Sonra yenə ona tərəf gəlməyimi əmr etdi. Mən bir az da yaxınlaşdım. Bundan sonra o məni qucaqlayıb möhkəm sinəsinə sıxdı. Beləcə, Allah-təala nəyi istəyirdisə, o da bu qəlbə daxil oldu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər