Öz qəlbini qidalandır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-07-2016, 19:01 | Şərh sayı: (0) | Baxılıb: 423
Öz qəlbini qidalandır
İnsan bu aləmdə öz qəlb və ruhu ilə yaşamaq istəyirsə, gərək mənəviyyat aləmində qarşısına çıxmış fürsətlərdən istifadə etsin və qəlbini qidalandırsın və ruhuna su versin. Elə ki, azan verilir, bu mənəvi qidalanmaq üçün bir fürsətdir. Hər vaxt qəlb Allaha yönəlsə, həmin an can və qəlbin qidalanması anıdır. Bəzən namazda, bəzən həccdə, bəzən infaq etdikdə qəlb mənəvi qidalanır. Əgər qəlbin meyli olmadığını görsən, gərək onda hazırlıq yaradasan, gərək qəlbinə yedizdirəsən ki, yavaş-yavaş iştahaya gəlsin.
Çalışmalısan ki, qəlbinin qidalanmasında aza qane olmayasan. Deməyəsən ki, iki rəkət namaz bəsdir, yaxud filan xeyir əməli etmişəm daha bəsdir. Mənəviyyat aləmində "bəs" yoxdur. Dünyaya, bəs de, mənəviyyata yox. Mənəviyyatda nə qədər irəli gedə bilirsənsə, get.
Bir məqamda insanın qəlbi cənnət xörəyi və suyu ilə qidalanır. Ondan yuxarı məqamda insan cənnətdən doğulur. Necə ki, ana bətnindən dünyaya gəldikdən sonra qidası dəyişilir – qabaq qan içirdi, indi isə süd. Dünya aləmindən də xaric olduqdan sonra insanın qidası dəyişir. Ağılın dərk etməyə qadir olmadığı növbənöv cənnət yemək-içməkləri onun qidası olur. İnsan onun öz fitrətində qoyulmuş həqiqətləri başa düşdükcə öz vücud həqiqətinə yetişir.
Qənd kanıyam və şəkər neyistanıyam. Yer göyərir, mən yeyirəm. Özüm qənd və şəkər mədəniyəm. İnsanın öz daxilindən göyərir və özündən qidalanır. Təkcə həqiqətini aşkar olunmalıdır. İnsanın öhdəsinə qoyulmuş bütün təkliflər insanın həqiqətinin aşkar olması üçündür.
İnsanın təkvinən böyük sərmayəsi vardır. Lakin bu sərmayə bil-qüvvədir və insan bil-qüvvə mələkdən üstündür. Cəbraili-əminə çatmaq üçün istedadı vardır. İndi heç nəyi yoxdur, amma təkvini sərmayəsi vardır. Pərdələri kənarlaşdırmalı və zühura çatmalıdır.
Bəzilərində valideynin düzgün tərbiyəsi sayəsində yüksəlmək üçün çox gözəl zəminələr vardır. Belə adamlar aza qane olmamalı, öz mənəvi iştahalarını artırmalıdılar. Çünki ondan geri qalmış adamın, ondan irəli keçməsi mümkündür. O qədər mənəviyyat yeməlisən ki, mənəviyyatın qəhətliyə düşdükdə çətinlik hiss etməyəsən. Qoyunlar otlaqda o qədər yeyirlər ki, axşam olduqda gündüz tələsik yediklərini gəvşəyirlər. Mənəviyyat aləmində də gərək o qədər yeyəsən ki, qidalanmağa imkan olmayan vaxtı onlardan istifadə edəsən.
"أَفْئِدَتُهُمْ هَواء"
"Onların qəlbləri də bomboşdur". ("İbrahim" surəsi, ayə 43.)
Ramazan ayı çeşmədir. Bir ömür rahat olmaq üçün iç! İç ki, canın həqiqət aləmi ilə bir olsun. Əgər insan öz nəfsini boşlasa, bu dünyanı öz yeyib-içmək yeri qərar verir və yalnız maddiyyatdan qidalanır. Bax gör, nəyə meylin vardır və onu et. Əgər halın varsa, Quran oxu, yoxdursa, namaz qıl. Əgər hövsələn yoxdursa, şer oxu. Mərifət əhlinin böyüklərindən bəziləri şer vasitəsilə halının dəyişdiyini deyir.
Ramazan ayında Qədr gecəsinə çatana qədər mənəviyyatdan qidalan.
"لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ"
"Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!" ("Qədr" surəsi, ayə 3.)
Yəni, gəl sənə min ay miqdarında həqiqətlə qidalandırım. Bunun yolu yalnız şəriətə əməl etmək və Allahın hədlərinə riayət etməkdir.
"وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ"
"Və Mənə ibadət edin, doğru yol budur?!" ("Yasin" surəsi, ayə 61.)
Bəndəlik, birbaşa tövhidə gedən yoldur və sapınması yoxdur. Həmn dəstur-əməllər bəndəliyi insan üçün ərməğan gətirir.
Həkimlərin (filosofların) təbirincə insan ürəyi mücərrəddir. Yəni bütün aləmlərdə ola bilər. Aşağı mərhələdə cənnətdən qidalanırsan, yuxarı mərhələlərdə isə Allahın ad və sifətlərindən. Ruhunu bağlılıq zəncirlərindən xilas etməlisən. Gərək bu çoxluğu sındırasan.
"أَلْهَاكُمُ التَّكَاثُرُ حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ"
"Çoxluq ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz". ("Təkasur" surəsi, ayə 1-2.)
Əsl qəlb əhli-beytin (ə) qəlbidir. Həzrət Əli (ə) buyurur:
"قُلُوبُهُمْ فِي الْجِنَانِ وَ أَجْسَادُهُمْ فِي الْعَمَل"
Cəsədlərimiz dünyadadır amma qəlbimiz burada deyil və yuxarı aləmdədir.
Biz də özümüzü əhli-beytə (ə) oxşatmalıyıq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər