İmam Zamanla (ə.f) görüşənlər «Qırx doqquzuncu görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-07-2016, 11:09 | Şərh sayı: (0) | Baxılıb: 280
İmam Zamanla (ə.f) görüşənlər «Qırx doqquzuncu görüş»
Seyyid Həsən Əbtəhi deyir ki, o vaxtlar Qumda tələbələrindən biri ailə qurmaq istədikdə, oxuduğu mədrəsədə artıq ona otaq verilmirdi. O da təbii olaraq qalmaq üçün özünə bir ev kirayə etməli idi. Biz də o vaxt imkanımız olmadığından bizimlə qohumluğu olan yoldaşlarımdan biri ilə üç otaqlı bir mənzil kirayə etdik. Otaqlardan birini mütaliə, kitabxana və dostlarla görüş yeri, o biri iki otağı isə yataq və istirahət üçün ayırdıq.
Bir gün kitabxana otağında oturub mütaliə edirdim. Birdən, ev sahibəsi qapını döyüb evə daxil oldu və həyat yoldaşıma bəhanə ilə yersiz iradlar tutdu və şikayətləndiyini bildirdi. Bu sözləri eşitcək, qəlbim qırıldı və elə həmin an dostumla birgə fədası olduğumuz İmam Zaman (ə)-a təvəssül etmək üçün Cəmkəran məscidinə yola düşdük. Gün batana yaxın idi və orada dua və münacatla məşğul idik. Birdən, özümdə vəsf edə bilmədiyim qeyri-adi bir halın yarandığını hiss etməyə başladım. Elə həmin an İmam Zaman (ə) mənə buyurdu: Evə qayıtdıqda, görəcəksən ki, sizin üçün ev alacağı şəxs qonaq otağında oturub sizi gözləyir.
Mən eşitdiklərimi dostuma dedim və birbaşa evə qayıtdıq. Qapını açdıqda, gördük ki, qəbul otağının işığı yanır. Həyat yoldaşımdan soruşdum: Qonağımız var? Dedi: Bəli, filankəsdir (Tehranda al-verlə məşğul olan dostlarımdan birinin adını çəkdi. O, Quma gələrkən bizə də baş çəkərdi. Amma bizə ev alası qədər də dövlətli deyildi).
Nə isə, görüşüb biri-birimizlə hal-əhval tutduq. Sonra şam süfrəsi açıldı. Şam yeməyini yeyib qurtardıqdan sonra qonağımız dedi: Eşitmişəm Qumda hazır qəbir yerləri satırlar. Mən gəlmişəm ki, qohumlardan birinə qəbir yeri alım. Dedim: Eybi yoxdur, düzələr. Bundan sonra aramıza bir müddət sükut çökdü.
Mən həmin gecə İmam Zaman (ə)-a təvəssül edib dedim: Mə`lum olur ki, ömrümüzün sonudur və dostumuz da bizim üçün qəbir yeri almaq istəyir. Biz onunla dost-yoldaş olduğumuz üçün sözsüz ki, bizi özü dəfn edəcəkdir. Amma səhər yeməyi vaxtı gördük ki, onun fikri tamamilə dəyişilib. Yeməyini yeyib qurtardıqdan sonra dedi: İnsan harada dəfn olursa-olsun, fərqi yoxdur. Əsas odur ki, insanın əməli xeyirli olsun ki, bərzəx aləmində də narahatlıq keçirməsin. İndi istər qəbri üzərində tikili olsun, ya olmasın.
Biz isə bir söz demədən onu dinləyirdik. Sonra dedi: Məncə, bu mənzil sizin üçün darısqaldır. Belə fikirləşdim ki, sizə Qumda heç olmasa dörd otaqlı bir ev alım. Onun iki otağı sizin, iki otağı isə Quma gəldiyimiz zaman mən və dostlarım qalmağı üçün. Mən dedim: Siz ev alın, amma biz orada qalmayacağıq.
Belə bir cavabın əsas səbəbi isə bu idi ki, adətən Tehran əhalisindən bə`ziləri Qumda ev aldıqları zaman onu bir tələbəyə verərdilər ki, özləri və ya dostları gecə-gündüz Quma gəldikləri zaman onlara qulluq etsin. Bu isə demək olar ki, hər həftə təkrar olunurdu.
Qonağımız dedi: Elə isə mənim üçün Qumda bir ev alın, nə vaxt daha yaxşısını tapsanız mənə xəbər verin. Sonra o, Tehrana qayıtdı.
Bu əhvalatdan sonra mən neçə gün idi ki, özümü çox narahat hiss edirdim. Çünki, mənə ev və`d verilmişdi. İndi də ki, əvvəl qəbirdən danışılır, sonra isə ev əvəzinə bizi evə qulluqçu götürürlər. Bütün bunlara görə İmam Zaman (ə)-dan bərk gileyləndim. Bir gün yuxuda gördüm ki, başında araqçın, çiyininə əba atmış bir tacir bizimlə görüşüb deyir: Gəlin mənzilə baxın, əgər xoşunuza gəlsə sizin üçün alaq. Biz onunla altı otağı olan bir mənzilə getdik. Evin sütunlarından birində çat olsa da, mən onu bəyəndim və həmin şəxs evi qonağımızdan pulla alıb bizə verdi.
Yuxadan ayılıb yuxuda gördüklərimi dostuma danışdım. O da belə yozdu ki, Allahın istəyi ilə ev-eşik sahibi olacağıq. Lakin həmin gün həmin Tehranlı qonağımızdan belə bir məktub aldıq. Filan ünvanda ev satılır, xahiş edirəm gedib baxasınız, əgər xoşunuza gəlsə ev sahibinə deyin mənə xəbər etsin və mən də gəlim evi alım.
Biz də onun dediyi ünvana getdik və orada bizi dünən gecə yuxuda gördüyümüz şəxs qarşıladı. Hətta onun başında həmin araxçın çiyinində də həmin əba var idi. Dostuma dedim: Əgər bu ev mənim yuxuda gördüyüm həmin ev olarsa, onda deməli ev bizim üçün alınır.
Həmin şəxs bizi evə də`vət etdi, baxıb gördüm ki, o mənim yuxuda gördüyüm altı otaqlı və sütunlarından birində çat olan həmin evdir. Amma ev sahibi evin qiymətini olduqca çox deyib bizimlə razılaşmadı. Bizi gətirən dəllal dedi: Bu ev onun dediyi qiymətə dəymir, gedək sizin üçün başqa bir ev tapaq. Dostuma yavaşca dedim: Bu evi biz alacağıq və o elə bizə də məxsus olacaqdır. Amma bunun necə olacağını bir Allah bilir.
Həmin günün səhəri ev sahibi məni həzrət Mə`sumənin ziyarətgahının həyətində görüb dedi: Səhər açılandan sizi axtarıram. Həyat yoldaşım dünən gecə yuxuda görmüşdür ki, bir şəxs ona deyir: "Nə üçün onlarla razılaşmamısınız? Niyə onları qapıdan geri qaytarmısınız?” Xülasə, əgər evi almaq istəyirsinizsə, hər qiymətə sizinlə razılaşarıq.
Bundan sonra mən Tehranlı dostumun sifariş göndərdiyi həmin şəxsin evinə gedib hər şeyi ona danışdım. O da dedi: Elə deyil, Tehranlı dostumuz evi sizin üçün almaq istəyir. Bunu deyib dəhal ona bir məktub göndərdi və o da bir neçə gündən sonra Quma gəlib həmin evi bizim üçün aldı. Amma əxlaqım buna yol vermədiyi üçün pulu ondan almaq istəmirdim. O, israr etdiyimi görüb dedi: Bunu bil ki, evin pulunu mən vermirəm. Onu verən şəxs nə sizi tanıyır, nə də ki, siz onu. Bunun üçün də kimsənin minnətini çəkməyəcəksiniz. Siz yalnız və yalnız İmam Zaman (ə)-a təşəkkür edin.
Sonradan Cəmkəran məscidinə getdiyim zaman yenə də özümdə qeyri-adi hal hiss etməyə başladım. Həmin halda İmam Zamana (ə) üzümü tutub dedim: Bəs nə üçün elə birinci gecədə ev həmin şəxsin vasitəsilə alınmadı, əvvəl qəbir yerindən söz açıldı, bundan sonra başqa birisi üçün ev alınmaq qərarına gəlindi. Və nəhayət, iki aydan sonra verdiyiniz və`dəyə əməl edib bizə ev verdiniz?!
Buyurdu: Əgər elə birinci gün verilsəydi qədrini bilməyəcək və bundan çox sevinəcəkdiniz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər